Mirvari Qəhrəmanlı: “Qanunu pozan vicdansızlar, düşünmürsünüz ki, o işçinin övladlarını ac qoyursunuz?”

 

“Bu, SOCAR siyasətidir , yoxsa səlahiyyət verdiyiniz bəzi şəxslərin küt və savadsız olmasından irəli gəlir?”

“SOCAR-da kadr siyasətini formalaşdıran və həyata keçirən bütün qurumlar, tabeliyinizdəki əksər müvafiq şöbələr öz vəzifə səlahiyyətlərindən və işçinin iqtisadi asılılığından istifadə edərək onlarla müvəqqəti əmək müqaviləsi bağlayır və işçi onun üçün arzuolunmaz olduğu halda onu rahatlıqla işdən azad edir”. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qərhrəmalı “feysbuk” səhifəsində yazıb.

“Müqavilə hər iki tərəfin razılığı ilə bağlandığı üçün, problem məhkəmə vasitəsilə də həllini tapmır. Bilmək istərdim, bu, SOCAR siyasətidir , yoxsa səlahiyyət verdiyiniz bəzi şəxslərin küt və savadsız olmasından irəli gəlir? Qanunu pozan vicdansızlar, düşünmürsünüz ki, o işçinin övladlarını ac qoyursunuz?”, - deyə NHMT sədri sual verir.

 

Şamo
Hurriyyet.org

 

09:40