Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı, Böyük Britaniyada nəşr olunmuş "Kim kimdir?" ("Who is Who?") ensiklopediyasında 259 sovet diplomatları arasında yeganə azərbaycanlı, vətənpərvər ziyalı, böyük şəxsiyyət, türk dünyasının nəhəng siyasətçisi və adı diplomatiya və siyasət tarixinə qızıl həriflərlə yazılan dahi insan, səmimi dost Ramiz Abutalıbova həsr edirəm.
Ramiz Abutalıbovun maraq dairəsində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri həmişə xüsusi yer tutmuşdur. Bu barədə sənədlərin aşkara çıxarılaraq vətənə qaytarılmasında onun əvəzsiz xidmətləri vardır. R. Abutalıbov 2000-2003-cü illər ərzində "İçərişəhər"in və "Muğam" sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir. 1998-ci ildə R.Abutalıbov Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan "Fəxri Legion" ordeni ilə təltif edilmişdir. Onun mükafatları sırasında 2009-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən aldığı "Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı və 2010-cu ildə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev tərəfindən verilmiş "Puşkin" medalı vardır. Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür. 2006-2008-ci illərdə Moskvada üç kitabı nəşr olunmuşdur. Onun təşəbbüsü və iştirakı ilə Rusiyada Azərbaycan tarixi və mədəniyyəti haqqında on bir kitab nəşr olunmuşdur. Bir çox məqalələri Azərbaycanda, Fransada, Böyük Britaniyada, Almaniyada və Rusiyada dərc edilmişdir.
MİLLƏTİMİN OĞLU VAR!
16:25
Digər xəbərlər