Milli fəal “Evin” zindanına aparılıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı Yunis Rəhimi, Babək qalası yığıncağından qayıdarkən İran mollakratiya rejiminin güvənlik gücləri tərəfindən saxlanılıb.
 

Milli fəal yaxalandıqdan sonra mollakratiya rejiminin ən çox dəhşət saçan məkanı kimi tanınan Tehrandakı “Evin” zindanına aparılıb. Hələlik fəalın vəziyyəti ilə bağlı konkret məlumat olmasa da, sosial şəbəkələrdə onun “Evin” zindanında ağır şəraitdə saxlandığı və ETTELAAT əməkdaşları tərəfindən sorğu-suala tutulduğu deyilir. Bununla yanaşı o da qeyd olunur ki, Yunis Rəhimiyə qarşı zindanda işgəncələr verilir.
Qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının güclənməsindən ehtiyat edərək bir sıra milli fəallara qarşı saxta ittihamlar irəli sürməklə onların həbsinə nail olmağa çalışır. Rejimin “ağıllıları” elə güman edirlər ki, bununla da əhalini qorxu içində saxlamaqla istəyinə nail ola biləcəkdir. Bütün təqiblərə, təzyiqlərə, süni şəkildə yaradılan ağır sosial yaşam tərzi, həbslərə baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatının fəallarının sıraları daha da genişlənməkdə və vüsət almaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

21:42