Metropolitenin azı 500 işçisi ixtisar olunacaq

 

 

İki Tunel və Əsaslı Tikinti dəstəsi ləğv olunur

 

“Bakı Metropoliteni” QSC-də yeni ixtisarlar gözlənilir. Bu barədə azadıq.info-ya məlumat daxil olub. Bildirilir ki, bu yaxınlarda “Bakı Metropoliteni” QSC-nin sədri əmr imzalayıb. Həmin əmrin surəti də redaksiyamıza göndərilib. Əmrin 3-cü bəndində açıq-aşkar “ixtisar olunmaq” sözü yazılıb.

Əmrə əsasən yaradılacaq yeni strukturun sxemində 1 saylı və 2 saylı Tunel və Əsaslı Tikinti dəstəsi yaradılması gözlənilir. Hazırda isə 4 Tunel və Əsaslı Tikinti dəstəsi mövcuddur. Deməli, əmrə əsasən 2 Tunel Tikinti dəstəsi ləğv olur, yalnız ikisi qalır.

“Hər Tunel Tikinti Dəstəsində 200-300 adam işləyir. Deməli təkcə Tunel və Əsaslı Tikinti Dəstəsindən orta hesabla 500 adam ixtisar olunacaq. Bu ixtisarların tam həcmi deyil. Ola bilsin ki, yeni ixtisarlar da baş versin”, – deyə mənbə bildirib.

Qeyd edək ki, ölkənin digər iqtisadi sahələrində də kütləvi şəkildə ixtisarlar dalğasının başlanılması gözlənilən hallardan biridir. Bunun da əsas səbəbi hakimiyyətin ölkədə baş verən social-iqtisadi proseslərin tamamilə iflasa uğraması, eyni zamanda mövcud siyasi və iqtisadi düzəni doğru-düzgün şəkildə idarə edə biməməsinin ucbatından bütün bu hallar baş verir. Dəfələrlə mütəxəssislər bildiriblər ki, gözlənilən böhranlardan yayınmaq üçün tək çıxış nöqtəsi iqtisadi və maliyyə sektorunun tammailə liberallaşması ilə bağlıdır. Hakimiyyət isə bütün bunlara hələ də məhəl qoymaq fikrində deyil.

Muxalifet.az
 

 

17:18