Kəndlilərin taxılı sahədə qalıb - Kombayn tapılmır

 

Yardımlıda taxıl yetişdirən kəndlilər məhsulu yığa bilmir.Sakinlər deyir ki ,taxılın biçini üçün kombayn çatışmır.Aidiyyatı qurumlar isə bölgə dağlıq ərazilər olduğu üçün texnikaların hərəkətinin çətin olmasını səbəb göstərir.
 

Əkilən taxıl yetişdi ,ancaq biçin üçün kombayn tapılmır

 

Ucqar dağ rayonu olan Yardımlının Zeynələziz, Şıxlar, Gücavar, Honoba kəndləri rayon mərkəzindən təqribən 22-25 km məsafədə yerləşir. Kənd sakinləri ümumilikdə 100 hektara yaxın taxıl əkiblər. Lakin on beş gündən artıqdır ki, zəmilərdən məhsulu yığa bilmirlər. Çünki, lazimi texnikalrı yoxdur.
 

Kəndlilər bildirir ki,yağıntılı havalarda məhsul sahədə zay olur

 

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin Masallı Yardımlı bölməsinin rəhbəri Adil Həsənov bildirıb ki, bu il Yardımlı rayonunda imumilikdə 3549 hektar sahədə taxıl əkilib. Bu günə qədər isə rayon ərazisində olan zəmilərin 60 faizi tam biçilib. Lakin sözügedən ərazilərin yol şəraiti yaxşı olmadıgından texnikaların hərəkəti çətinləşir.Buna baxmayaraq, yaxın günlərdə məsələ öz həllini tapacaq.

Aqrolizinqdən onda bildirdilər ki, bu il Yardımlının taxıl sahələrinə 24 kombayn cəlb olunub. Bunlardan 4-ü aqroservisin, digərləri isə qonşu rayonlardan gətirilib.

Cebhe.info

09:37