2 gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə tikilən binadan ev alan jurnalistlər həm də tanınmış YAP-çılarla qonşu olacaqlar. Məsələ ondadır ki, jurnalistlərin binasının yaxınlığında (100-150 metrliyində) hakim partiya da öz üzvləri üçün yaşayış binası tikdirib. Xeyli sayda tanınmış YAP-çının mənzil sahibi olduğu binanın yaxın həftələrdə istifadəyə veriləcəyi gözlənilir. Lakin jurnalistlərdən fərqli olaraq, YAP üzvləri evləri pulsuz almayıblar. Hakim partiyanın üzvlərinə evlər güzəştli əsaslarla – maya dəyərinə satılıb. Ərazidə tikilən 3 binadan birini YAP-ın sifarişi əsasında inşa edən şirkət, oradakı evləri YAP-çılara öz qiymətinə, qazanc güdmədən satıb. Hakim partiyanın üzvləri fotolarını təqdim etdiyimiz bu yaraşıqlı, modern üslubda tikilmiş binada evləri kv metri 550 manatdan əldə ediblər. Evlər tam təmirli şəkildə sahiblərinə paylanacaq. YAP-çılar üçün binanın tikintisi jurnalistlərin binasından bir xeyli sonra tikilməyə başlansa da, artıq istifadəyə tam hazırdır.
Jurnalistlər YAP-çılarla qonşu olur
Hakim partiya öz üzvlərinə ev tikdirib

Azpolitika.info
09:13
Digər xəbərlər