Insanlıq hissin itirmiş işğalcı Putin,

  

 Rusiya Dövlətinin  Prezidenti Vladimir Putin Luganski və Donetski separtcılarnı gəbul edib onları dövlət kimi tanıdıqdan, 1 gün sonra Luganski və Donetskiyə Ukraina sərhəddinə yığdığı hərbi texnika ilə Ukrainaya hər tərəfdən hücum etməsi Putinin təcavüzkar və işğalcı olduğun bir daha sübut etdi.Kecmiş Sovetlər  Birliyində  Putin bu praktikadan cox istifadə edib.Buna misal Gürcüstan ərazisində Abxaziya, Osetiya,
Moldovada  Dnestryanı 
Azərbaycanda Qarabağ
Ukrainada Krım və arxasinca Donetski , Luganski və hal hazirda bütün Ukraina ərazisinə hücum edib.

Rusiya Prezidenti  Putinin başqa dövlətin suveren ərazisini işğal etməsi və göstərdiyi səbəb cox gülməlidir.Guya ki,Nato şərqə doğru genişlənir.Bu Rusiya Dövlətinin  təhlükəsizliyinə təhdiddir..Amma biz Natonun,Amerkanın,Avropanın hec bir dövlətin suveren hüquqların  pozub onun ərazisin zəbt ezməsini görmədik.Demək ki,Putin kecmiş sovetlər birliyindən ayrılan  dövlətləri işğal etmək arzusuna düşüb.Bunu isə kecmiş sovetlər birliyindən ayrılan  dövlətlərə göndərdiyi separatistlərin əliylə həyata kecirir.Əvvəl guya onlara qarşı təcavüz var deyir.Bunu  dövlət səviyyəsində  formalaşdirir.Onlara silah verir və bir müddətdən  sonra dövlət kimi tanıyır..Budur Rusiya Dövlətinin başinda duran Putinin iyrənc siyasəti.Sonra isə dünyaya hədə qorxu  gəlmək.Kim bizim qarşimiza cixarsa və mane olmağa calişarsa ukrainlara kömək edərsə onlara elə dərs verəcəki tarixdə belə dərs görmədiklərin bildirib.Əslində bu hədə- qorxu Rusiya prezidenti  Putinin nə gədər aciz durumda olduğundan xəbər verir.Pisxaloji baxımdan özünün nə gədər gorxduğun göstərir.Ukrainanın bütün şəhərlərin xarabalığa cevirmək sivil insanlar öldürmək tanklarla maşinlarin insanlarin üstündən kecmək Putinin  təcavüzkar aqressiv diktator olduğun göstərir.İnsan ölümündən həzz alan başqasının  torpağin zəbt edən,Rusiya dövlətinin başinda duran bu şəxsin rus millətinə hec bir dəxli yoxdur.Buna sübut Rusiyada Ukrainaya dəstək mitinqləridir.Rus millətinə aid olan insanlardan utanıram ki,, bu dövlətdə yaşayıram deməsi,sonra bu müharibəni Putin edir Rusiya yox deyən vətəndaşlarda coxdur.Bir kişi əlində mən rusam buna görə üzür istəyirəm deməyi onu göstərir ki, müharibəni rus xalqı yox,Putin istiyir.Bütün məsuliyyət Putinin üzərinə düşür.O öz əməllərinə görə gec-tez cavab verəcək.İndi isə gələk Zelenskinin xalqa müraciətində  dediyi üzücü sözlərə.Rusiya bizi işğal edir.Biz meydanda tək qalmişiq Nato bizi üzvülüyə gəbul etmir.Bu gündə soruşdum deyirlər problemi olan dövlətlər Natoya üzv gəbul edilmir.Doğrudu Amerika Avropa dövlətləri iqtisadi  embarqolar  artig rusiya tətbiq ediblər.Bu cox yaxşidir.Rusiyanin iqtisadiyyatın cökdürmək,bu yolla təzyiiq etmək.Amma Nato - nun Baş katibi aciq elan edib ki,onlar rusiyaya qarşı vuruşmayacaqlar.Amerika Baydendə Ukrainaya vuruşmaq ücün ordu göndərməyəcəyin bəyan  edib.Bu vəziyyətdə Ukrainanı meydanda tək buraxmaq sabah digər Avropa dövlətlərinin ərazisinin  işğalı ilə nəticələncək.Bu gün( 25.02.2022)  NATO Dövlətinin  Başcılarının toplantısı olacaq.Ukrainaya kömək etmək ücün işğalcı Putin hökümətinə qarşı NATO-ya üzv olan dövlətlər ordu göndərməlidirlər.Bu gün  Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanda NATO-nun kənardan seyirci qalmağın tənqid edib.Kənardan durub nəsihət ağıl vermək yox qərar vermək lazim olduğun bildirib.Bu cəsarətli sözlərə görə Türk dünyasının lideri Recip Tayip Ərdoğana haqqın yanında olduğu ücün təşəkkür edirik.Biz Azərbaycan milləti olaraq Ukraina xalqının yanindayiq.Işğalcı  Putin rejiminin isə Ukraina ərazisin işğal etməsi onun bütün normalari aşdiğini göstərir. Ukraina beynəlxalq hüququn subyektidir..BMT- e tərəfindən qəbul olunmuş ərazinin zəbt olunması insan təlafatına görə bütün məsuliyyət Putin hökümətinin üzərinə düşür.Dünya Putinin bu məsuliyyətsiz işğalcı təcavüzkar əməlinə mütləq cavab verəcək.Biz Azərbaycan xalqı olaraq Ukrainanın bu haqq savaşında sonadək onun yanındayıq.

Mr.A.Askar

Almaniya

Xudaferin.eu

02:34