Tükəzban Səmədowa/ Əsgərova 1961.27.02 Azərbaycanın Sumqayıt şəhərində çox sadə və ziyalı ailədə anadan olmuşam. Doğulduğum ailədə 6 uşaqdan 5-cisi olaraq xoşbəxt ailə, xoşbəxt uşaqlıq nə olduğunu yaşamış və öyrənmişəm. Buna görə Ana və Atamıza borcluyuq. Nur içində yatsınlar.
Sumqayıt şəhərində 12 Nr. li məktəbin məzunu olaraq, 1979 cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına APİ) Riyaziyyat-Fizika fakultəsinə daxil olub, 1984 cü ildə müvəffəqiyyətlə bitirmişəm.
1984-cü ildən 1999 -cu ilə qədər tə’yinatla Sumqayıt şəhərinin TET Gymnaziyada ( 2Nr. li məktəb) riyaziyyat -fizika müəlliməsi kimi fəaliyyətə başlamışam.
3 uşaq anasıyam, ailəliyəm.
2000-ci ildən Almaniyanın Bonn şəhərində,2016- cı ildən Köln şəhərində yaşayırıq.
2004-cü ildə Almaniyanın Bochum şəhərində Ruhr Universitetində imtahanlarımı müvəffəqiyyətlə verib, 06.09.2004- cü ildən Dövlət məktəbində Riyaziyyat-Fizika müəlliməsi kimi fəaliyyətə başlamışam.
2008-ci ildən Köln şəhərində Dövlət məktəbində çalışıram. 2015-ci ildən daimi iş yerim var.
2008- ci ildən Almaniya vətəndaşıyıq.
Böyük qızım ailəlidir, 1 uşağı var, həkimdir.Oğlum ailəlidir, 2 uşağı var, Mühəndis kimi təhsil alır. Kiçik qızım Farmokoloqiya, hal hazırda Bio-Texnik kimi təhsil alır. Həyat yoldaşım tikinti Mühəndisi təhsili alıb, çalışır.
Özümü öz karyeramda çox xoşbəxt hesab edirəm. Təvazökarlıqdan uzaq olsa da, necə ki , məni şagirdlərim 16 il çalışdığım məktəbdə sevirdilər, eləcə də şagirdlərim məni 2004-cü ildən çalışdığım Bonn və Köln şəhərlərində sevirlər.
Düşünürəm ki, 2000- ci ildən bu günə qədər atdığımız hər addım , yalnız Azərbaycanımızl gözəl təqdim etməyə xidmət edir.
İnanıram ki , bizim
simamızda Almaniyada azərbaycanlı oğlan və qızları azacıq da olsa yaxşı təmsil etməyə çalışmışıq və buna nail olmuşuq, buna çox əminəm.
ALMANİYADA RİYAZİYYAT-FİZİKA MÜƏLLİMƏSİ ÇALIŞAN TÜKƏZBAN XANIM

Almaniya
A.Askar
Xudaferin.eu
23:21