“Hər 100 kənd qadınından orta hesabla 75-nin iş yeri yoxdur”

 

“Ölkənin kənd yerlərində yaşayan iqtisadi fəal qadınların cəmi 24-25%-i qeyri-kənd təsərrüfatı sahələrində məşğuldur. Hər 100 məşğul kənd qadınından orta hesabla 75-nin aqrar sektordan savayı seçə biləcəyi iş yeri yoxdur. Ümumilkdə Azərbaycanın kəndlərində 1.180 milyon nəfər iqtisadi fəal qadın, aqrar sektorda çalışan 950 min qadın qeydə alınıb”. Bu barədə iqtisadçı Rövşən Ağayev “feysbuk” səhifəsində yazıb.

 

"Ölkədə 1.411 milyon nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var”

“Məşğul qadınların cəmi 13%-nin ali təhsili var. Ölkədə 1.411 milyon nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır (qadınlar üçün hazırda 16-60 yaş), amma müxtəif səbəblərdən işləmir. Hazırda ölkə üzrə 1.411 milyon nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərinin evdar qadınlar, 452 min nəfərinin güzəştli şərtlərlə pensiyaçı, 151 min nəfərinin əlilliyə görə pensiyaçı olduğu, 207 min nəfərinin təhsil aldığı, 30 min nəfərinin isə mülkiyyətdən aldığı gəlirə görə işləməyə ehtiyacının olmadığı bildirilir”, - deyib iqtisadçı.
 

“Kəndlərdə 75%-ə qədər ağır əl əməyinin üstün olduğu kənd təsərrüfatında çalışır”

 

R. Ağayev onu diqqətə çatdırıb ki, “Neft lənəti”nə mübtəla olmuş ölkələr üzrə görkəmli araşdırmaçı Maykl Rossun resurs ölkələrində qadınların iqtisadi və ictimai fəallığı ilə bağlı çox maraqlı araşdırması var: “Bu statusun ardınca ordan maraqlı seçmələr paylaşacam. Mayk müəllimin gəldiyi əsas qənaət budur ki, qadınları yüksək iqtisadi fəallığa və təhsilə malik olmayan ölkə inkişafdan əlini üzsün. O, həmçinin iqtisadi fəallıq deyərkən aqrar sektorda çalışmağı hesaba almamağı tövsiyyə edir. Bizdə isə ölkə üzrə məşğul qadınların yarısı, kəndlərdə isə 75%-ə qədəri məhz ağır əl əməyinin üstün olduğu kənd təsərrüfatında çalışır. Əlavə olaraq, əmək qabiliyyətli yaşında bütün qadınların 20%-i isə evdardır, evdən kənar heç bir işlə məşğul deyil”.

Şamo,
Hurriyyet.org

 

13:12