Güney Azərbaycan Alxanlı faciəsinə görə ayağa qalxdı: 20 minlik etiraz

 

Güney Azərbaycandakı soydaşlarımızın iyulun 4-də Ermənistan hərbi birləşmələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra üçün hazırladıqları kampaniyaya maraq getdikcə artır.
 

Artıq “PrayForZahra” adlı imzatoplama kampaniyasına 20 minə yaxın insan qoşulub.

Soydaşlarımız Zəhranın qətli və Ermənistanın cinayətləri ilə bağlı məlumatı artıq bütün uluslararası insan haqları müdafiə təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına və başqa uluslararası birliklərə göndəriblər.
Qeyd edək ki, teleqraf sosial şəbəkəsi vasitəsilə toplanılan imza kampaniyası hələ də davam edir. Ermənistan soydaşlarımız tərəfindən dünyanın ən qəddar çocuq qatili kimi qınanmaqdadır. Bununla yanaşı, bir sıra təkliflər də irəli sürülməkdədir. Bunlardan biri də Tehran mollakratiya rejiminin Ermənistanla bütün əlaqələrinin tamamilə kəsilməsi məsələsidir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

21:33