“Hökumət 2017-ci ilin büdcəsini dəyişməyə hazırlaşır. Dəyişiklik nəticəsində büdcənin xərcləri 1 milyard manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək”. Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. “Xərclərin artması bir səbəbdən baş verir. Bu dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanmasıdır. Parlamentdən verilən açıqlamadan görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək.
“O da ayıdın olur ki, 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 milyon manatdan 4.5 milard manata çatdırılır. Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın xarici borclarının dövlətin üzərinə transfer edilməsidir. Məlumata görə, 2017-ci ilin büdcə dəyişikliyi nəticəsində artan gəlirlərin bir hissəsi məhz Mərkəzi Bankın mənfəəti hesabına olacaq. Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradılandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir”, - deyib iqtisadçı. Ağayev nəzərə çatdırıb ki, Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə Bankın nizamnamə kapitalı 500 milyon manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir: “Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4.3 milyard manata yaxın olub”.
“Hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiyinini verib”
“Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiyinini elə verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifadəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib. Son 2 ilin büdcə siyasəti göstərir ki, hökumət neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çıxarıb. Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda sosial xərclərə belə xərclərin şərik çıxması çox qaranlıq gələcək vəd edir” - deyə iqtisadçı vurğulayıb.
“Büdcə defisiti 2 dəfədən çox genişlənəcək”

Şamo
Hurriyyet.org
17:17
Digər xəbərlər