Binəqədidə söküntü həyəcanı: Sənədli torpaqlar zəbt olunur

Son günlər Goradil qəsəbisi ərazisindəki Binəqədi inzibati rayonunun bağ massivində mülk sahibi olan vətəndaşlar Xaləddin İsgəndərovun qanunsuz əməlləri ilə üzləşiblər. Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları  qanuni yolla əldə olunan sənədli torpaqlarin və mülklərin həyətyanı divarlarını  uçururlar. Bu qanuni torpaqları qanunsuz söküb dağıdan Binəqədi rayon icra hakimiyyəti işçiləri Azərbaycan qanunlarnı tanımırlar. Onların bir qanunları var – Pul… Onların bir konstitutsiyası var – Xaləddin İsgəndərov… And içdikləri bir məbəd var – Yalan… Onların bir sözlə imanı-dini yoxdu. Olsaydı əgər Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov qanuni mülkü sökülən vətəndaşa “Əcəb edib sökürəm, kefim belə istəyir” ifadələrini işlətməzdi. Prezidentə şikayət edəcəklərini bildirən şikayətçiləri isə – “gedin kimə istəyirsiniz deyin. Burda qanun da mənəm, prezident də” ifadələrinə qonaq etməzdi.

Fotodan da aydın görünür ki, arxa tərəfdəki torpaqda (dənizin kənarinda) tikinti getdiyi halda qarşı tərəfdəki qanuni sənədləri olan hasar ( dənizdən 500 metr kənarda) qanunsuz olaraq dağıdılıb.  Əcəba, görəsən vətəndaşları sosial etiraza hazırlayan Binəqədi icra hakimiyyətinin məqsəd-məramı nədir? Hərəkətləri onsuz da devalvasiyadan ziyan çəkən, bank girovlugundan hələ də canını qurtara bilməyən sadə vətəndaşları hakimiyyətdən üz döndərməyə çagırış olan Binəqədidə söküntü həyəcanı kimə və nəyə xidmət edir? Sizə təqdim etdiyimiz bu fotolardan aydın görünür ki, burda yalnız bir məqsəd var. Necə olursa olsun, vətəndaşların mülkləri əllərindən chixarilsin və baha qiymətə bashqalarina satılsın. Sənədlərlə tanış olduqdan sonra belə deyə bilərik ki, bu Binəqədi icra hakimiyyəti başçısının növbəti oyunudur. Axı qanuni tikililər niyə sökülməlidir ki?
Əməkdaşımızın çəkdiyi bu fotoda görünən mülkün sahibi də həyəcanlı görünür. Mülkünün hər bir sənədi yerində olan Ələddin Rüstəmov adlı şikayətçi də icra hakimiyyəti ilə münaqişə vəziyyətində qalıb. Onlar həmin yerdə ev tikmək üçün icra hakimiyyətindən sərəncam, eləcə də lazım olan bütün sənədləri alıblar.  Amma ağır texnikanı əraziyə gətirən Xaləddinin işçiləri arasında bu sənədlərə baxan yoxdur. Ancaq sakinlərin bir qismi alın təri ilə, min bir əzabla aldiqları torpaqları  asanlıqla bu məmurların onlardan alınmasina heç cürə imkan verməyəcəklərinin bildirdilər. Vətəndaşlar sonda onu da bildirdilər ki, əgər Xaləddin İsgəndərovun qanuni sənədi olan ev və torpaq sahələrinə qanunsuz müdaxilələri dayanmazsa onlar Prezident Aparatına yürüş edəcəklər…

Elchi.az

 

13:32