Azərbaycanda radikal terrorçu məhv edildi

Azərbaycadan kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 42 yaşlı Ramiq Rəhimovun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.

“XUDAFERİN.EU”-ya daxil olan məlumatlara görə, DTX (Dövlət Təhlükəsizlik Xidməti) təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar Ramiq Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişdir. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Ramiq Rəhimov məhv edilib. Terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən aparılan cinayət işiüzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xudaferin.eu

17:50