Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

 

 

Bu ali quruma insan haqları ilə bağlı şikayət edənlərə kompensasiya ödəniləcək

Avropa Məhkəməsi bu gün Azərbaycan vətəndaşları Ramin Hacılı, Nərgiz Yaqublu və Aqil Əliyevin şikayətləri üzrə qərarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, qərarla onlara münasibətdə Konvensiyanın 6.1. (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

Kompensasiyaların məbləği belədir:

1. Nərgiz Yaqublu – Mənəvi ziyana görə 6000 avro və maddi ziyana görə 473 avro,

2. Ramin Hacılı – mənəvi ziyana görə 6000 avro, maddi ziyana görə 400 avro,

3. Aqil Əliyev – 6000 avro və 588 avro,

Hüquqi xidmətə görə cəmi 3000 avro.

Qeyd edək ki, Nərgiz Yaqublu Müsavat başqanının müavini Tofiq Yaqublunun qızıdır. Nərgiz 2 il əvvəl vəfat edib.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:47