6 min erməni Çaldıran düzünə niyə və necə toplanıb?
İran mollakratiya rejimi Güney Azərbaycanın Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Ötən ayın sonlarında da 6 minə yaxın erməninin əraziyə toplaşması və 3 gün dini ayinlərini icra etməsi bu qəbildən idi. Mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilib.
Qeyd edək ki, ermənilər İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Halbuki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, bu hüquqlar bütün milli azlıqlara aiddir. Ermənilər İranda rahat şəkildə öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər.
“Ermənilər İranda tarixən aktiv olublar”
Tarixçi Kərəm Məmmədov açıqlamasında bunu ermənilərin təşkilatlanma bacarağının yaxşı olması ilə əlaqələndirir: “Ümumuyyətlə, İranda hər hansı bir tədbir keçirilirsə, mütləq hökumət orqanlarından icazə almaq lazımdır. Ermənilər də bu şeyi bacarırlar. Ermənilərlə iranlıların yaxınlığı yeni bir şey deyil. İllərdir onlar dost münasibətindədirlər. İranda erməni məktəblərinin açılmasına icazə verilib. İran İslam Respublikasının Konstitusiyasına əsasən, hər bir milli azlıq məktəb aça bilər. Biz bu məsələni irəli sürəndə bizə deyirlər ki, siz İranda milli azlıq deyilsiz. Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayırsa, bu milli azlıq deyil. Blokada şəraitində olanda da İran həmişə Ermənistana ərzaq məhsulları, tikinti materialları göndərirdi. İranda ermənilər tarixən aktiv olublar. Fars dili və erməni dili eyni dil qrupuna aiddir. Erməni dilindəki sözlərin 60 faizi pəhləvi sözləridir”.
“İran ermənilərə bu cür dəstək verməklə öz problemlərini artıracaq”
Politoloq Elxan Şahinoğlu da mövzu ilə bağlı bildirib ki, İranın Ermənistana qarşı bu “yaxşılığı”nı birbaşa təxribat adlandırıb: “Əlbəttə ki, bu təxribatdır. İranda müəyyən qüvvələr var ki, hər zaman Ermənistanla əməkdaşlıq içindədirlər. Hətta bəzən Qarabağ üzərindən də separatçılarla əməkdaşlıq edirlər. Düzdür, dövlət səviyyəsində rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma bəzi siyasi mərkəzlər ermənilərlə əlaqələri genişləndirərək təxribatlara əl atırlar. İranın yuxarı dairələrinin, hətta dini liderinin hadisəyə münasibəti olmalıdır. Ki, Azərbaycanın icazəsi olmadan niyə bu cür tədbirlərə imkan yaradılır. Münasibət bildirməsələr, deməli, ermənilərə dəstəklərini açıq şkildə göstərmiş olacaqlar.
İranın Ermənistanla yaxınlığından heç bir iqtisadi qazancı yoxdur. Əksinə, Azərbaycanla əməkdaşlıqdan daha çox gəlir götürür. Əgər kimsə düşünürsə ki, İran Ermənistana dəstək verməklə Azərbaycanı zəif salır, yanılır. Çünki İran bununla öz ölkəsinə ziyan verir. Çünki İranda yaşayan azərbaycanlılar bu siyasətlə barışmayacaqlar və etiraz səslərini ucaldacaqlar. İranın 1/3-i azərbaycanlıdır. Əvvəllər etiraz etmək daha çətin idisə, bu gün artıq İran parlamentində Urmiya gölünün təmizliyi məsələsi, Azərbaycan dilli məktəblərin açılması və s. açıq şəkildə deyilir. İran rəhbərliyi də anlamalıdır ki, ermənilərə bu cür dəstək verməklə öz problemlərini artıracaqlar".

Amin Nəzərli
23:19
Digər xəbərlər