“Xocalı soyqırımı” sənədli filmi Stokholmda təqdim olunub

 

İsveçin paytaxtı Stokholmda “Arbetamasın Bildningsförbund”də (ABF) “Azərbaycan sovetlərdən sonra” adlı seminar keçirilib.

“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin (İB) təşkilatçılığı və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan seminarda İB-nin sədri Nazim Əhmədlinin Xocalı soyqırımı ilə bağlı məruzəsi dinlənilib. İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevgin və digər natiqlər mövzu ətrafında çıxış edərək Xocalı soyqırımı və erməni işğalçıları haqqında gedən müzakirələrə qatılıblar. ABF təşkilat və təşkilatlanma kurslarının rəhbəri, professor Robert Rasmussen Nazim Əhmədliyə verdiyi geniş videomüsahibədə Qarabağ münaqişəsi haqqında öz fikirlərini bölüşüb.

Sonra iştirakçılar seminar çərçivəsində “Xocalı soyqırımı” adlı sənədli filmi izləyiblər.

Tədbirdə Azərbaycan həqiqətləri ilə bağlı maraq doğuran suallar cavablandırılıb. Sonra N.Əhmədli tədbir iştirakçılarına Azərbaycan bayrağı təqdim edib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:18