Səfir: Pakistan həmişəki kimi Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərməyə hazırdır

 

Bunu “Kəşmirin qara günü” adlı konfransda Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Diplomat deyib: "Biz artıq 25 ildir ki, Azərbaycanla uğurla əməkdaşlıq edirik. Ölkələr arasında ticarətdə, eləcə də müdafiə sahəsində ikitərəfli münasibətlər möhkəmlənir".

Səfir qeyd edib ki, Pakistan dəfələrlə Dağlıq Qarabağ ərazilərini işğal olunmuş, Xocalı hadisələrini soyqırım kimi tanıyıb: “Biz Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk və Qarabağ məsələsində bu cür dəstəyi göstərməyə hazırıq”.

 

TREND İA

 

09:26