Saleh Kamrani: “Ruhani dövründə Urmu Gölü qurudu, zindanlarımız doldu”

 

Mayın 19-da İranda prezident seçkilərindən öncə Güney Azərbaycan fəallarının bir hissəsi səsvermənin boykot edilməsinə çağıraraq, seçkilərin azərbaycanlılar üçün dəyişiklik vəd etmədiyini bildirib. Güneyli milli fəal Saleh Kamrani “Amerikanın Səsi” radiosunun “Amerika icmalı” proqramında müsahibəsində İranda qarşıdan prezident seçkiləri ərəfəsində Azərbaycan bölgələrində əhval-ruhiyyədən danışıb.

Saleh Kamrani deyib ki, ilk dəfə olaraq azərbaycanlılar arasında seçkilərə qatılmamağa daha çox meyl olduğu müşahidə edilir. Onun sözlərinə görə, əvvəlki seçkilərdə insanlar arasında səsvermədə iştirakla bağlı fikir ayrılıqları ilə bağlı mübahisələr mövcud olduğu halda, bu dəfə azərbaycanlıların böyük hissəsinin seçkiyə qatılmamaq kimi bir fikirdə olduğunu demək mümkündür. O bildirib ki, bunun əsas səbəbi islahatçı siyasətçilərin hakimiyyətdə olduğu dövrdə gözlənilən dəyişikliklərin olmaması ilə bağlıdır.
 

Həsən Ruhani hakimiyyətə gələn zaman fəallarımız ortalama üç ilə yaxın həbs olardı, indi 3 ildən 5 ilə qədər yüksəldi

“Bu ümidlə ki islahat olacaq sistem içində və ya onların yaratdığı şərait nəticəsində azərbaycanlıların da bir sıra hüquqları təmin olunacaq, 20 ildən sonra görürük ki, zərrə qədər də azərbaycanlıların haqlarının təmin olunmasında irəliləyiş olmayıb. Və onun üçün bu dəfə fəalların çoxu seçkiləri boykot eləmək yönündədir.”

Saleh Kamrani prezident Həsən Ruhaninin əvvəlki seçki kampaniyası zamanı Urmu  Gölünün qurumasının qarşısının alınması, ana dilində təhsilə imkan verilməsilə bağlı azərbaycanlılara verdiyi vədlərin yerinə yetirilmədiyini qeyd edib.

20 ildən sonra görürük ki, zərrə qədər də azərbaycanlıların haqlarının təmin olunmasında irəliləyiş olmayıb

“Urmu gölü günü-gündən daha çox qurudu. Zindanlarımız azad olmadı, bir az daha çoxaldı. Həsən Ruhani hakimiyyətə gələn zaman fəallarımız ortalama üç ilə yaxın həbs olunardı, indi 3 ildən 5 ilə qədər yüksəldi. Bu, Həsən Ruhaninin hakimiyyətdən gəlməsindən sonra yalnız fəallarımızın həbsə düşməsi ilə bağlı nəticədir. Sonra ana dilinin məktəblərdə tədirisnə söz vermişdi. Heç belə bir şey olmadı.”

Saleh Kamrani qeyd edib ki, prezident seçkilərində əsas namizədlərin debatlarında İranda milli məsələyə yer verilməyib. Ana dilinin məktəblərdə tədirisnə söz vermişdi. Heç belə bir şey olmadı. “Bu onu göstərir ki, bunların azərbaycanlıların milli haqları ilə bağlı heç bir proqramı yoxdur təmin etmək də istəmirlər”.

Saleh Kamrani qeyd edib ki, İran mollakratiya rejiminin parlamentində “Türk bölgələri fraksiyası”ndakı qanunvericilərin sayını nəzərə aldıqda, azərbaycanlı seçicilərin səslərinin nə dərəcədə əhəmiyyət daşıdığı aydın olur.

Amerikaninsesi.org

 

09:47