Qarabağ münaqişəsini lentə alan amerikalı fotoqraf vəfat etdi

 

Amerikalı məşhur fotoqraf Stenli Qrin 68 yaşında vəfat edib.

Məşhur fotoqraf 1980-ci illərdə müharibə zonalarında professional olaraq reportajlar hazırlamağa başlayıb. 1993-cü illərdə Qrin Ağ Evdə fəaliyyət göstərən tək qərbli fotoqraf olub. O, həm də Berlin divarının yıxılmasını lentə alan ilk amerikalı fotoqrafdır. Təhlükəli bölgələrdən çəkdiyi fotolara görə dəfələrlə "World Press Photo"-nun mükafatlarına laiq görülüb.

Stenli Qrinin Çeçenistan Respubliksında münaqişələr zamanı çəkdiyi fotoşəkillər toplusundan "Açıq yara" adlı kitabı dərc olunub. Stenli Qrin Sudan, Əfqanıstan, Kəşmir, İraq, Livan və Ruanda da çəkilişlər edib, reportajlar hazırlayıb. Onun sözlərinə görə, münaqişələrin işıqlandırılması etirazların şəxsi formasıdır.

Məşhur fotoqraf eyni zamanda, Dağlıq Qarabağda baş verən qanlı hadisələri, tarixi münaqişələri lentə alıb. 2010-cu ildə Stenli Qrinin "Qara pasport"adlı tərcümeyi-halı dərc edilib.
Qeyd edək ki, onun Qarabağla bağlı çəkdiyi fotoların çoxu bu gün Azərbaycanla ilgili həqiqətlərin ortaya çıxması üçün çox vacibdir. Ona görə ki, Stenli Qrin həm fədakar, həm də olduqca vicdanlı, öz işinə peşəkarcasına yanaşan bir şəxsiyyət olub. 

Publika.az

 

09:43