Kapadokyada Qarabağ küçəsi açılıb

 

Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub. Bölgə bələdiyyə rəhbərlərinin, millət vəkillərinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə həyata keçirilən tədbir  Uçhisar bələdiyyəsinin qərarı ilə hazırlanıb.

Uçhisar bələdiyyə sədri Ali Karaarslan qədim Kapadokyanın mərkəzi küçələrindən birinə, hər il yüzminlərlə turistin keçdiyi küçəyə qədim Qarabağın adını verməkdən məmnun olduqlarını deyib. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” adı ilə abidələr, parkların, küçələrin açılması ənənəsi davam edir. Təkcə Türkiyədə deyil, bütün dünyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Kapadokyada belə bir küçənin açılması mühüm əhəmiyyət kəsb edir.

TREND IA

16:11