Dağlıq Qarabağ münaqişəsi Vyanada müzakirə edildi

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı silsilə görüşlər bu gün Vyanada keçirilib. ATƏT PA-nın mətbuat xidmətindən verilən məlumaata görə, görüşdə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin iştirak edib.
 

Onun yüksək səviyyəli diplomatlarla görüşündə Azərbaycan, Ermənistan və Avstriyanın ATƏT-dəki nümaytəndələri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT katibliyinin nümayəndəsi iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün razılaşdırılmış formatlar çərçivəsində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda qəbul edilmiş birgə bəyanatda bildiriblər ki, iyulun 3-də Vyanaya səfər edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi barədə Minsk qrupunu məlumatlandırmaq niyyətindədirlır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:29