Cənubdan Gələn Səslər

Əzizim Qarabağım
Torpağım Qarabağım
Düşmən bizdən əl çəkmir
Neyləyim Qarabağım!

Əzizim qərənfilim
Çiçəkli qərənfilim
Sən, şəhidlər qəbrinə
Səpildin qərənfilim.

Əzizim Vətən yaxşı
El oğlu Vətən yaxşı
Düşmən gözü kor olsun
Neyləyim Vətən yaxşı?

Analar ağlar gedər
Şəhidə ağlar gedər
Bunca tökülən bu qan
Dünyanı dağlar gedər.

Samirə Abbaspur

Cənubi Azərbaycan

Xudaferin.eu

20:19