Səməd Vurğun mübarizəsi

Azərbaycan ədəbiyyatının, ulusal düşüncə düzəninin ən böyük fikirdaşı, çağdaş ədəbi dilimizin “ərəb-fars” boğaz məxrəclərindən artırlayıb təmizləyən milli şairimiz Səməd Vurğuna son 30 ildə o qədər çamurlar atılıb ki, sayı-hesabı yoxdur. Həmin çamurları kimlərin atdığını da çox yaxşı bilirk. Rusiya, Amerika, Fransa, Tehran mərkəzli İran adlı fars-molla rejimi, Ərəb dövlətləri, xristian missioner qurumlar və sairlər bu siyahıda ilk sırada yer alırlar. Onların gözəlim Azərbaycandakı buyruq qulluqçuları “nurçu”, “sələfi”, “şiə”, “yevangel” və sair qılaflarda Səməd Vurğuna qarşı atılan çamurların nədənini çox yaxşı bilirlər. Bir millətin gücü onun dilinin nə qədər milli tərkibə sahib olmasındadır. Dil sadəcə danışıq vasitəsi deyil, həm də ulusun düşüncə düzənidir. Ona görə də ulusal düşüncə düzənimizin təməlini qoymuş Səməd Vurğun hədəfə alınır.
Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bu on iki bəndin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Poema həmin ildə "Revolyusiya və Kultura" jurnalının 4 və 5-ci nömrələrində dərc olunmuşdur. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. Halbuki, Səməd Vurğun bu şeiri ilə həm də “kommunist diktaturusa”na, onun başında duran Stalinə qarşı çıxmışdı.

Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik "uşkola"
Oxucum! Bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.

Yüz il Füzuliyə həsrət qalaraq,
Doğma anamıza söylədik "mama".
Yüz illik yuxuya birdən dalaraq,
Yağdı gözümüzdən yaş dama-dama,

Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı böyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi...
Tarix! Sənindir bu qara ləkə!

Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə...
Bağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qocalar yalvardı göyə...

Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu...
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara türkün oğlu...
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı,
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.

O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə "fahişə" sözü...
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.

O gündən göründü sarı paqonlar,
Boşaldı kəndlinin dolu xırmanı
Elləri qurd kimi taladı onlar,
Dedilər: padşahın sağ olsun canı.

O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı,
Ötdükcə dinlədi ulduzlar, aylar.

Buludlar çaxnaşdı, hava daraldı,
Çumalar dolaşdı bizim elləri
Bizim ipəkləri Peterburq aldı,
Bəzəndi knyazın madmazelləri.

O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz
Baş əydi qanuna kitab, şəriət
Ürəklərdə zədə, baxışlarda yas.

Ənvər Börüsoy,

xudaferin.eu

00:14