Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib
ÇexiyanınXarici İşlərNazirliyi (XİN) bu ölkəninErmənistandakı səfiriPyotrMikiskanınAzərbaycan əleyhinə açıqlamalarverdiyibarədə ermənimətbuatınıniddialarını təkzibedib.
Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova bildirib ki, səfir P.Mikiska İrəvanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib: "Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir".
Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın İrəvandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.
Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib
Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib.
Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova bildirib ki, səfir P.Mikiska İrəvanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib: "Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir".
Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın İrəvandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.
Xudaferin.eu
“Avropa Bürosu”
09:57
Digər xəbərlər