Can Füzuli

Alovlandı,sinəm yandı,
Canım,canım,can Füzuli !
İgidlərim şəhid oldu,
Sənə men qurban,Füzuli !

Düşmən tapdağı olmusan,
Neçə il əsir qalmısan,
Elin sorağın almısan,
Tökürsən yaş-qan,Füzuli !

Son nəfəsdə inləyirsən,
Səsimizi dinləyirsən,
Aman,ölmə ,neyleyirsən?!
Gəldik,döz,dayan,Füzuli !

Ruhlan,qorxmaz əsgərimdən,
Var gücünü topla,qalx sən,
Darmadağın olsun düşmən
Edək qana-qan,Füzuli !

Sən igidlər oylağısan,
Gözəllərin yaylağısan,
Şer-sənət sorağısan,
Cəsur,qəhrəman, Füzuli !

Çırpınırsan sən sinəsi
Parçalanmış qartal kimi,
Görüm düşmən cəsədləri
Yansın yanbayan,Füzuli !

Ver əlini, calaqlaşaq,
Yağı səddin birgə aşaq,
Zəfər çalaq,qucaqlaşaq
Son versin hicran,Füzuli !

 

Sarsaq Paşinyan

Sən kimdən dərs aldın,axmaq Paşinyan,
Bu qədər qazbeyin,sərsəm kimisən?
Çünki Balayanın doğma qardaşı,
Faşist Andranikin sülaləsisən.

Sənə söyləyirəm,çəkil qınına,
Qəhrəman,yenilməz bir ordum gəlir,
Yolumuz haqq yolu,cihat yoludur,
Bizləri xəlq edən bir Allah bilir.

Ordumu dilinlə təhdid eyləmə,
Atəşlə dilini yağsız qovurruq,
Ölmək istəyirsən, gəl Qarabağa,
Haropla külünü göyə sovurruq.

Nəyə güvənirsən, zəfər deyirsən ?
Demədimmi,boş-boş xəyal eyləmə ?
Bu qədər günahsız qanlar tökürsən,
Allahdan qorx,qulun haqqını yemə !

Babalarınız çox qəsbkar oldu,
Miras qoydu saxta tarixi sizə,
Heçmi, utanmadız uca tanrıdan,
Torpaq,yer davası açdınız bize ?

Bəsdir,dayan daha,deyirəm sənə !
Boğulacaqsan ,bax, tökdüyün qanda.
Heç zaman nahaq qan yerdə qalmayıb,
Düşməndən intiqam alınıb  sonda.

Gəl, sən Andranikdən,Kirdən ibrət al,
Quduz köpək kimi Türkü dalama!
Qarşında dayanıb möhtəşəm ordum,
Qapı-qapı gəzib daban yalama!

Xəbərdar etmişdim sizi əvvəldən:
,,Türk oğlu ,türkük biz,qoca aslanıq!
Bilin ki,çox ağır bədəl ödərsiz,
Oyansaq biz əğər,yatmış vulkanıq !"

Al indi,əsgərin çaqqallar kimi,
Diz çökür önündə Şanlı Ordumun,
Sizin tək qürursuz deyilik ki,biz
Yalvarıb dilənək yadın yardımın

Az qalıb , sonunuz artıq yetişib,
Allahdan tezliklə zəfər dilərik,
Erməni adında saxta dövləti,
İnşallah, dünyadan tamam silərik !

 

Əsgər anasının öyüdü

Get,ay oğul,həm Poladın,
Həm Şükürün qardaşısan,
Fexr edərəm, sən vətənin 
Bayrağını daşısan.

Səni boya çatdırmaqçün
Çox çilələr çəkdim ,oğul !
Həm gecələr,həm gündüzlər
Alın təri tökdüm,oğul !

Axı atan,dayın,əmin
Şəhid olmuş Vətən üçün,
Başsız qaldım,tək böyütdüm
Seni,oğul,bu gün üçün.

Şükür olsun,allahıma
Aslan kimi bir igidsən!
Vətən səni haraylayır,
Get,vətənə xidmət et,sən !

Şəhid olmuş igid ərlər
Sənin doğma qardaşındır,
 Əsir düşmüş qız-gəlinlər
Anan,bacın,bağdaşındır.

Get,ay oğul,cəsur ol,sən,
Artıq qisas zamanıdır,
Bayrağında qırmızı rəng,
Şəhidlərin al qanıdır !

Düşmənlərə boyun əymə,
Südüm sənə halal olmaz!
Heç bir zaman namərd olma,
Haqq-ədalət yerdə qalmaz!

Öncə Vətən,sonra anan,
Torpağını xilas et, sən.
Dinlə, mənim öyüdümü
Axı halal süd əmmişsən.

Düşmən bilsin birdəfəlik, 
Türk bir qarıs torpaq verməz!
Canın verər,qanın verər,
Xəzəlindən  yarpaq verməz!

Gözləyəcəm mən yolunu,
Qələbəylə,zəfərlə gəl !
Düşmənləri məğlub eylə,
Başın uca,fərəhlə gəl !

Oğul baxdı qürur ilə,
Sən başını,dik tut ,ana!
Nə yaxşı ki,sən anamsan,
Qurban olum,yaradana!

Bax,dalımca, ağlama,sən !
Qələbəylə gələcəyəm.
Demədinmi,əvvəl Vətən ?
Lazım gəlsə öləcəyəm !

Yasəmən Qara

Xudaferin.eu

 

23:06