Qarabağ qisas deyir

Yetim Qacarın "Qarabağ qisas deyir, səsinə səs gərəkdi" - misrasından tə'sirlənərək yazdım.

Qarabağ qisas deyir

Aç gözünü,ey xalqım,düşmən azğınlaşıbdı,
Ölkəmi işğal edib, həddini çox aşıbdı,
Qarabağı,Laçını İrəvana qoşubdu.
İşğalçı nə,düşmən nə,--sülh-barış nə,--deməkdi?
,,Qarabağ qisas deyir,səsinə səs gərəkdi !"

Rusa,qəti güvənmə,saxtadı vədası da,
Birdi kor ilanların ağı da,qarası da.
Millətlər Təşkilatı,Avropa Şurası da,
Hər gün bir qərar verir,bilmirəm,nə kələkdi?
,,Qarabağ qisas deyir,səsinə səs gerekdi?"

Haydı,qoç igidlərim,tonqalları qalayın !
Düşmənləri,məhv edib,yurdlarını talayın!
Azad edin, Şuşada xanlarımın sarayın,
Başın əzin,erməni quduz,dişi köpəkdi!
,,Qarabağ qisas deyir,səsinə səs gerekdi "!

 

Ailəsi ilə evimdə qonaq olduğu gün nasir bacım,G.Lətifxana həsr etmişəm.

A Gülşən
Təşrif buyur,xoş qədəm bas bağçama,
Şair bacın qoy öyünsün,a Gülşən !
Qönçələrim sevincindən açılsın,
Hər tərəfi müşk bürüsün,a Gülşən!

Məğrur baxan ceyran gözlər süzülsün,
Sevənlərin ətrafına düzülsün,
İstəməyən qəmə batsın,üzülsün,
Dost var olsun,düşmən ölsün,a Gülşən!
Yətir gəlişinlə baharı,yazı,
Mənim nasir bacım,Lətifxan qızı,
Alışmadıq görək səni naz-nazı,
Qəhqəhə çək,üzün gülsün,a Gülsün!

Arzum bu ki,ağ saçların görünsün,
Övladların ,qoy səninlə öyünsün,
O, qız balan gəlinliyə bürünsün,
Xeyir-duan gəlsin,gəlsin,a Gülşən!

 

Qurusun
Vətən,sənin bağlarında açılmayan gül,qurusun!
Vətən,sənin çirkabını aparmayan sel,qurusun!

Vətən,sənin torpağını qorumayan əl,qurusun !
Vətən,sənin dərdlərinlə sızlamayan tel,qurusun!

Vətən,sənin sabahınla göz açmayan göl,qurusun!
Vətən,sənin namusunu daşımayan bel,qurusun!

Vətən,sənin varlığına düşmən olan el,qurusun!
Vətənimin gözlərini Dədəm Qorqud sil,qurusun!

Həzin vətən nəğləsini söyləməyən yel,qurusun!
Vətənimdən dəyərliysə inci,almaz,lə'l, qurusun!

Vətən,harda yaşayırsa,
Vətənimin öz dilində
Danışmağı ar sayırsa,
Mən ürəkdən deyim,bir də:
Belə nacins dil,qurusun!
Yada yaltaq dil,qurusun!

01:18