Elimizi qara buludlar aldı,
Bağçamızın şux gülləri saraldı,
İgidlərin döyüşlərdə bir oldu,
Əkiz qardaş ,ay Govşadlı,ay Hoğa!
Dar günlərdə əlbir,yoldaş oldular,
Birləsdilər,həm silahdaş oldular,
Telman,Tahir şəhid qardaş oldular,
Əkiz qardaş,ay Govşadlı,ay Hoğa!
Zibeydə
2-ci Vətən müharibəsi zamanı əzizləri ilə birlikdə düşmən hiyləsinə tuş gələrək şəhid olmuş Füzuli şəhər sakini, gənc jurnalist,keçmiş ,,Araz",indiki ,,Qayıdış" qəzetinin baş redaktoru Zibeydə Şakir qızı Adilzadəyə həsr edirəm.
Sonaların sonasıydın Zibeydə!
Üç bacının anasıydın,Zibeydə!
Təbəssümün mə'nasıydın,Zibeydə!
Bir minnətim,xahişim var, ilk əvvəl,
,,Yolun düşsə bu dünyaya, bir də gəl"!
Qələminlə təsvir etdin vətəni,
Dost-düşmənə hey tanıtdın vətəni,
Könüllərdə sən yaşatdın vətəni,
Oxucuna ,olma belə, kəmməhəl,
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
Bitdi sözün,sındı gitarın,sazın,
Niyə susdu vaxtsız,bülbül avazın,
Harda qaldı,söylə,yarımçıq yazın?
Kimsə olmaz sənə ma'ne,ya əngəl,
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
İnsaf eylə, bir qulaq as, azacıq,
Yaşamadın,ömrün qaldı yarımçıq,
Sən günəşsən,üfüqlərdən boylan,çıx!
Axşam getdin,səhər-səhər sübhdə gəl,
,,Yolun düşsə bu dünyaya ,bir də gəl"!
Batdı günün,yağdı yağışın,qarın,
Boynubükük ağlayır övladların.
Gözlərindən qəm seli axan yarın
Deyir:,,Nigarımsız qaldı Çənlibel",
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
Sənin o gənc canına kim qıyardı?
Dünya görsün,düşmən necə qəddardı,
Salatınım axı sənə həmkardı,
Méncə sizə qoyulmalı cüt heykəl,
,,Yolun düşsə bu dünyaya bir dé gəl"!
Minnətimi dəyərləndir mükəmməl!
,,Yolun düşsə bu dünyaya bir də gəl"!
28.03.21 Nederland.
Gözün aydın
İşğaldan azad olmuş vətənim Füzuliyə həsr edirəm.
Can Füzulim,Qarabağa qapısan,
Məğrur şəhərlərin şahənşahısan,
Gözbəbəyim,sén başımın tacısan,
Artıq azad oldun sən,gözün aydın!
Gəlirəm qoynuna mən ,gözün aydın!
Neçə vaxtdı gözün yolda qalıbdı,
Yağı-düşmən ətrafını sarıbdı,
Sərsəm-sərsəm xəyallara dalıbdı,
Başından çəkildi çən,gözün aydın!
Gəlirəm qoynuna mén ,gözün aydın!
Üzdəniraq haylar bizə bəladı,
Zəbt elədi yurdumu, yağmaladı,
Qarabağı tonqallara qaladı,
Budur bax,məhv olub tən,gözün aydın!
Gəlirəm qoynuna mən ,gözûn aydın!
İllərlə sızladım həsrətin ilə,
Axıtdım didəmdən yaş gilə-gilə,
,,İçəydim suyundan"-əhd etdim belə,
Oldu xəyallarım çin,gözün aydın!
Gəlirəm qoynuna mən,gözün aydın!
Bağ-baxçanda yasəmənlər açırlar,
Azad olmuş quşların şən uçurlar,
Elin,oban ağuşuna qaçırlar,
Olmusan bəxtiyar,şən,gözün aydın!
Gəlirəm qoynuna mən,gözün aydın!
27.04.21
Nederland.
Şəhid Əbülfət
1-ci Vətən müharibəsi zamanı
Füzuli rayonu Hoğa kəndinin müdafiəsində şəhid olmuş Əbülfət Əliyevə həsr olunur.
Kəndimizin igid oğlu,Əbülfət!
Görən səni tanıyırmı,bu dünya?
Döyüş yolu şərəf dolu ,Əbülfət!
Görən səni, tanıyırmı,bu dünya?
Çoxlarını mətbuatda yazdılar,
İgidliyin yaddaşlara qazdılar,
Rəssam kimi könüllərə cızdılar,
Görən səni, tanıyırmı,bu dünya?
Bacın Sevil için-için sızlayır,
,,Qardaş,"-deyir,yollarını gözləyir,
Gözyaşıyla qəbrini təmizləyir,
Görən səni,tanıyırmı,bu dünya?
Gecə-gündüz yarın səni ağlayır,
Görənlərin ürəyini dağlayır,
Çilə çəkir,sənsiz övlad saxlayır,
Görən səni,tanıyırmı,bu dünya?
Qardaşların övladlarını izlər,
,,Qardaş yadigarı"-deyə,əzizlər,
Nəvələrin baba yolunu gözlər,
Görən səni,tanıyırmı,bu dünya?
Elimizin ürəyində taxt qurdun,
Hiylən ilə düşməni qəlbdən vurdum,
Qramtomyotu təpəsinə sovurdun,
Görən səni, tanıyırmı,bu dünya?
Düşmən səni minalara dayadı,
Parça-parça etdi,qana boyadı,
Şəhid oldun,yandırdın dostu,yadı,
Görən səni,tanıyırmı,bu dünya?
Ay Govşadlı, ay Hoğa
Füzuli rayonunun
Govşadlı və Hoğa (Üçbulaq) kəndinə həsr edilib.
Tarix boyu qoşa gəzdiz sona tək,
Əkiz qardaş, ay Govşadlı,ay Hoğa!
Qanadlandız səmalarda durna tək,
Əkiz qardaş ,ay Govşadlı,ay Hoğa!
Quhum olduz,qaynadınız,qarışdız,
Ərk etdiniz,bəzən küsüb-barışdız,
Tarlalarda tər tökdünüz, yarışdız,
Əkiz qardaş,ay Govşadlı,ay Hoğa!
Nə kolxozlar,nə sovxozlar, heç biri,
Bacarmadı ayırmağı sizləri,
Cüt mələksiz,cüt hurisiz,cüt pəri,
Əkiz qardaş,ay Govşadlı,ay Hoğa!
Şəhid verdiz,qara şallar bağladız,
Ağı deyib,ürəkləri dağladız,
Gecə-gündüz na'lə çəkib ağladız,
Əkiz qardaş,ay Govşadlı,ay Hoğa!
Elimizi qara buludlar aldı,
Bağçamızın şux gülləri saraldı,
İgidlərin döyüşlərdə bir oldu,
Əkiz qardaş ,ay Govşadlı,ay Hoğa!
Dar günlərdə əlbir,yoldaş oldular,
Birləsdilər,həm silahdaş oldular,
Telman,Tahir şəhid qardaş oldular,
Əkiz qardaş,ay Govşadlı,ay Hoğa!
Zibeydə
2-ci Vətən müharibəsi zamanı əzizləri ilə birlikdə düşmən hiyləsinə tuş gələrək şəhid olmuş Füzuli şəhər sakini, gənc jurnalist,keçmiş ,,Araz",indiki ,,Qayıdış" qəzetinin baş redaktoru Zibeydə Şakir qızı Adilzadəyə həsr edirəm.
Sonaların sonasıydın Zibeydə!
Üç bacının anasıydın,Zibeydə!
Təbəssümün mə'nasıydın,Zibeydə!
Bir minnətim,xahişim var, ilk əvvəl,
,,Yolun düşsə bu dünyaya, bir də gəl"!
Qələminlə təsvir etdin vətəni,
Dost-düşmənə hey tanıtdın vətəni,
Könüllərdə sən yaşatdın vətəni,
Oxucuna ,olma belə, kəmməhəl,
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
Bitdi sözün,sındı gitarın,sazın,
Niyə susdu vaxtsız,bülbül avazın,
Harda qaldı,söylə,yarımçıq yazın?
Kimsə olmaz sənə ma'ne,ya əngəl,
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
İnsaf eylə, bir qulaq as, azacıq,
Yaşamadın,ömrün qaldı yarımçıq,
Sən günəşsən,üfüqlərdən boylan,çıx!
Axşam getdin,səhər-səhər sübhdə gəl,
,,Yolun düşsə bu dünyaya ,bir də gəl"!
Batdı günün,yağdı yağışın,qarın,
Boynubükük ağlayır övladların.
Gözlərindən qəm seli axan yarın
Deyir:,,Nigarımsız qaldı Çənlibel",
,,Yolun düşsə bu dünyaya,bir də gəl"!
Sənin o gənc canına kim qıyardı?
Dünya görsün,düşmən necə qəddardı,
Salatınım axı sənə həmkardı,
Méncə sizə qoyulmalı cüt heykəl,
,,Yolun düşsə bu dünyaya bir dé gəl"!
Minnətimi dəyərləndir mükəmməl!
,,Yolun düşsə bu dünyaya bir də gəl"!
28.03.21 Nederland.
Gözün aydın
İşğaldan azad olmuş vətənim Füzuliyə həsr edirəm.
Can Füzulim,Qarabağa qapısan,
Məğrur şəhərlərin şahənşahısan,
Gözbəbəyim,sén başımın tacısan,
Artıq azad oldun sən,gözün aydın!
Gəlirəm qoynuna mən ,gözün aydın!
Neçə vaxtdı gözün yolda qalıbdı,
Yağı-düşmən ətrafını sarıbdı,
Sərsəm-sərsəm xəyallara dalıbdı,
Başından çəkildi çən,gözün aydın!
Gəlirəm qoynuna mén ,gözün aydın!
Üzdəniraq haylar bizə bəladı,
Zəbt elədi yurdumu, yağmaladı,
Qarabağı tonqallara qaladı,
Budur bax,məhv olub tən,gözün aydın!
Gəlirəm qoynuna mən ,gözûn aydın!
İllərlə sızladım həsrətin ilə,
Axıtdım didəmdən yaş gilə-gilə,
,,İçəydim suyundan"-əhd etdim belə,
Oldu xəyallarım çin,gözün aydın!
Gəlirəm qoynuna mən,gözün aydın!
Bağ-baxçanda yasəmənlər açırlar,
Azad olmuş quşların şən uçurlar,
Elin,oban ağuşuna qaçırlar,
Olmusan bəxtiyar,şən,gözün aydın!
Gəlirəm qoynuna mən,gözün aydın!
27.04.21
Nederland.
10:50