Ay Elman

Füzuli rayonu Hoğa kendinin ən gənc və ilk şəhidi Elman Quliyevə həsr edirəm.

Sanıram dünənki mə'sum uşaqsan,
Şirinsən,şəkərsən,qəmzəyanaqsan,
Sən mənim gözümdə körpəsayaqsan,
Müəllimən söyləyir sənə:,,Can, Elman!"
Yenilməz,mübariz,qəhrəman,Elman !

Nə zaman böyüdün, bir aslan oldun?
Düşməni hürküdüb sen tora saldın.
Ölmədən haylardan neçə can aldın,
İgidlər yaninda mərd duran,Elman!
Yaralı yoldaşın qurtaran,Elman!

Yeni doğmuş günəş idin,saraldın,
Can qurtardın,özün canından oldun,
Şəhid oldun,zirvələrə ucaldın,
İgid,ərlər hünərisən,ay Elman!
Dilimizin əzbərisən,ay Elman!

Gül ananın saçın,başın qar aldı,
Dünya onun gözlərində daraldı.
Ömrün yolun düşmən kəsdi,sar aldı,
Vətənin yolunda verdin can,Elman!
Mə'nalı ömrünə mən qurban,Elman!

O qanlı-qadalı günlərdə sənin
Yaddaşa həkk oldu çox əməllərin.
Beləymiş qismətin allahdan,yəqin,
Oınama gəl,müəlliməni,ay Elman!
Kim unudar,söylə,səni,ay Elman?!

Yasəmənəm,azdır,yazsam nə qədər,
Kimdə var,səndəki cəsarət,hünər?
Vətən azad oldu,sənə müjdələr!!!
Kəndimin güllərin dərim,ay Elman!
Məzarın üstünə sərim,ay Elman!

Yasəmən Qara
Xudaferin.eu

13:25