Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
B.Vahabzadə
Hoğa hardadı
Ay ellər, bir mənə cavab verin siz Hoğaya gedirəm, Hoğa hardadı? Yaman darıxmışam obasız, elsiz Hoğaya gedirəm, Hoğa hardadı?
Uçmuş fermalara, çöllüyə gedim, Yoxsa yataqxana ziyarət edim ? Zirzəmilər gəzim, mən yazıq, yetim? Hoğaya gedirəm, Hoğa hardadı?
Getdim Nasosnuya baraklar gördüm, Ətrafı üfunət bataqlar gördüm Çılpaq körpələrə baxıb hönkürdüm, Hoğaya gedirəm, Hoğa hardadı?
Şirvana üz tutdum, orda dayandım, Köşkün eli görüb alışdım, yandım, Onlara yalvardım, döndüm,dolandım, Hoğaya gedirəm, Hoğa hardadı?
Saatlı düzündə bürküdən çökən Elimin ağsaqqal-ağbirçəyindən Diz çöküb önündə, xahiş etdim mən, Hoğaya gedirəm, Hoğa hardadı?
Döndüm İmişliyə dəmir vaqonlar, Bu yerdə çıl-çılpaq köşkünlər yaşar, Xəbər aldım nəmli gözlərdən naçar, Hoğaya gedirəm, Hoğa hardadı?
Taxtalı evlərin qapısın açdım, Bütün ailələri gəzib dolaşdım, Sarsıldım, elimlə tez vədalaşdım, Hoğaya gedirəm, Hoğa hardadı?
Ordan çıxıb Beyləqana yönəldim, Qohum-qonşuları görüb kövrəldim, ,,Bir yesir həyatı!"-tez dilə gəldim, Hoğaya gedirəm, Hoğa hardadı?
Ta dörd yolun ayrıcına yetişdim, Sağa dönüb Əhmədbəylini keçdim, Bir kəndlimi tapıb həmən soruşdum, Hoğaya gedirəm, Hoğa hardadı?
,,Qarabağ"-deyilən təpəni aşdım, Elimlə,obamla tam qucaqlaşdım, Onlardan sorusdum, mən soraqlaşdım, Hoğaya gedirəm, Hoğa hatdadı?
Yeni mezarlığa mən yola düşdüm, Doğmalarla,qohumlarla görüşdüm, Döndüm gedim, birdən bir səs eşitdim, "-Hoğaya gedirsən, Hoğa burdadı?!"
Mən ağlaram
Qəlbim dolub, aşıb-daşır, Hoğa,deyib mən ağlaram. Fikrim vətəndə dolaşır, Hoğa,deyib mən ağlaram.
Hacı babam yolum gözlər, Əmim,nənəm məni səslər, Qınamasın geç bir kəslər, Hoğa,deyib mən ağlaram.
Qaçqın nedi, dadan biler, Dərdini yad ellə bölər, Vətənindən torpaq dilər, Hoğa, deyib mən ağlaram.
-Ay Yasəmən,dərdin nədi ? -Dərdim, yalnız Vətən dərdi ! Öldürəcək məni, nədi? Hoğa, deyib mən ağlaram.
Dağlar
Məğrur igidlər rəmzisən, Yol aç, sənə gəlim, dağlar! Sənsiz axı dözməyirəm, Mən qurbanın olum, dağlar !
Ağlamaqdan gözüm şişib, Həm ağzımda dilim bişib, Sanki sınıb, yerə düşüb Bu qanadım, qolum, dağlar!
Saçlarıma düşübdü dən, Vərəmlədim həsrətindən. Sənsiz, söylə, kimlə bəs mən, Dərdlərimi bölüm, dağlar?!
İstəyirəm yüz yol aşım, Doğma yerlərə ulaşım, Bir səninlə qucaqlaşım, Düşmən kəsib yolum, dağlar !
Jasmin Qara deyir, yağı Viran qoyub Qarabağı! Şuşaya kaş, bu bayrağı Sancım, sonra ölüm, dağlar!
00:41
Hoğaya gedirəm, Hoğa hardadı?
Hoğa hardadı
Ay ellər, bir mənə cavab verin siz
Hoğaya gedirəm, Hoğa hardadı?
Yaman darıxmışam obasız, elsiz
Hoğaya gedirəm, Hoğa hardadı?
Uçmuş fermalara, çöllüyə gedim,
Yoxsa yataqxana ziyarət edim ?
Zirzəmilər gəzim, mən yazıq, yetim?
Hoğaya gedirəm, Hoğa hardadı?
Getdim Nasosnuya baraklar gördüm,
Ətrafı üfunət bataqlar gördüm
Çılpaq körpələrə baxıb hönkürdüm,
Hoğaya gedirəm, Hoğa hardadı?
Şirvana üz tutdum, orda dayandım,
Köşkün eli görüb alışdım, yandım,
Onlara yalvardım, döndüm,dolandım,
Hoğaya gedirəm, Hoğa hardadı?
Saatlı düzündə bürküdən çökən
Elimin ağsaqqal-ağbirçəyindən
Diz çöküb önündə, xahiş etdim mən,
Hoğaya gedirəm, Hoğa hardadı?
Döndüm İmişliyə dəmir vaqonlar,
Bu yerdə çıl-çılpaq köşkünlər yaşar,
Xəbər aldım nəmli gözlərdən naçar,
Hoğaya gedirəm, Hoğa hardadı?
Taxtalı evlərin qapısın açdım,
Bütün ailələri gəzib dolaşdım,
Sarsıldım, elimlə tez vədalaşdım,
Hoğaya gedirəm, Hoğa hardadı?
Ordan çıxıb Beyləqana yönəldim,
Qohum-qonşuları görüb kövrəldim,
,,Bir yesir həyatı!"-tez dilə gəldim,
Hoğaya gedirəm, Hoğa hardadı?
Ta dörd yolun ayrıcına yetişdim,
Sağa dönüb Əhmədbəylini keçdim,
Bir kəndlimi tapıb həmən soruşdum,
Hoğaya gedirəm, Hoğa hardadı?
,,Qarabağ"-deyilən təpəni aşdım,
Elimlə,obamla tam qucaqlaşdım,
Onlardan sorusdum, mən soraqlaşdım,
Hoğaya gedirəm, Hoğa hatdadı?
Yeni mezarlığa mən yola düşdüm,
Doğmalarla,qohumlarla görüşdüm,
Döndüm gedim, birdən bir səs eşitdim,
"-Hoğaya gedirsən, Hoğa burdadı?!"
Mən ağlaram
Qəlbim dolub, aşıb-daşır,
Hoğa,deyib mən ağlaram.
Fikrim vətəndə dolaşır,
Hoğa,deyib mən ağlaram.
Hacı babam yolum gözlər,
Əmim,nənəm məni səslər,
Qınamasın geç bir kəslər,
Hoğa,deyib mən ağlaram.
Qaçqın nedi, dadan biler,
Dərdini yad ellə bölər,
Vətənindən torpaq dilər,
Hoğa, deyib mən ağlaram.
-Ay Yasəmən,dərdin nədi ?
-Dərdim, yalnız Vətən dərdi !
Öldürəcək məni, nədi?
Hoğa, deyib mən ağlaram.
Dağlar
Məğrur igidlər rəmzisən,
Yol aç, sənə gəlim, dağlar!
Sənsiz axı dözməyirəm,
Mən qurbanın olum, dağlar !
Ağlamaqdan gözüm şişib,
Həm ağzımda dilim bişib,
Sanki sınıb, yerə düşüb
Bu qanadım, qolum, dağlar!
Saçlarıma düşübdü dən,
Vərəmlədim həsrətindən.
Sənsiz, söylə, kimlə bəs mən,
Dərdlərimi bölüm, dağlar?!
İstəyirəm yüz yol aşım,
Doğma yerlərə ulaşım,
Bir səninlə qucaqlaşım,
Düşmən kəsib yolum, dağlar !
Jasmin Qara deyir, yağı
Viran qoyub Qarabağı!
Şuşaya kaş, bu bayrağı
Sancım, sonra ölüm, dağlar!
00:41