Andjey Duda: “Polşa Dağlıq Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”
Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.
Bunu Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə çıxışında deyib.
Polşa Prezidenti bildirib ki, iki ölkə arasında siyasi sahədə əlaqələr uğurla inkişaf edir.
A.Duda vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək.

TREND IA
09:44
Digər xəbərlər