Aleksandr Proxanov: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”
Rusiyalı ictimai-siyasi xadim, yazıçı Aleksandr Proxanovun Bakıya səfəri nəinki Azərbaycanda, o cümlədən qonşu ölkələrdə ajiotaja səbəb olub. Ümumilikdə, rusiyalı siyasətçinin Azərbaycana səfərinin proqramı barədə danışsaq, o, çoxsaylı görüşlər keçirir, Azərbaycan ziyalılarının nümayəndələri, rəsmi şəxslər və qeyri-hökumət təşkilatları ilə görüşüb.
Rusiyalı yazıçı Şəhidlər xiyabanını da ziyarət edib, Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan deputatlarla görüşüb və burada ona ölkənin qanuverici orqanının fəaliyyəti barədə məlumat verilib. Sıx proqrama Bakının yeni simvollarından biri olan “Flame Towers”ə ziyarət də daxil idi. Aleksandr Proxanov Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirib, o cümlədən Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla görüşüb. Rusiyalı analitik Şuşada olduğu günləri xatırlayıb: “Xatırlayıram, dağda, sanatoriya... Şuşanı necə itirdiniz? Axı o, alınmaz qala idi!” Bayram Səfərli qonağın xatirələrini təsdiqləyib və xəyanətkar erməni işğalının nəticələrindən söz açıb.
Proxanova Qarabağda aparılmış etnik təmizləmələrdən də danışılıb və orada artıq azərbaycanlıların qalmadığı bildirilib. Təəssüf ki, son illərdə Proxanovun (yazıçının günahı olmadan!) Rusiyadakı Azərbaycan diasporu və Azərbaycanın özü ilə əlaqələri kəsilmişdi. Çox qəribədir ki, Qarabağ münaqişəsinin ilk illərində Azərbaycanın tərəfində olan və erməni işğalını pisləyən nüfuzlu yazıçı barədə Bakıda az qala unutmuşdular.
1992-ci ildə Aleksandr Proxanov nəinki Azərbaycanda olmuşdu, hətta anasının anadan olduğu doğma İvanovka kəndinə də getmək istəmişdi.
1992-ci ildə yazıçı İvanovkaya yetişə bilmir, lakin Azərbaycana budəfəki səfərində kənddə olub. Bu dəfə rus əhali öz həmvətənini böyük fəxrlə qarşıladı. Yeri gəlmişkən, məhz həmin dövrdə Proxanov mərkəzi Rusiya telekanallarında Qarabağ problemi barədə bir sıra çıxışlar etmişdi.
Rusiya mənbələrinin məlumatlarına görə, Proxanovun əcdadları, molokanlar, Tambov vilayətindən Qafqaza gəliblər. Onun babası – Rusiya baptist hərəkatının lideri, Ümumrusiya İncil Xristianları İttifaqının banisi və rəhbəri İvan Stepanoviç Proxanovun (1908-1928) və Ümumdünya baptist alyansının vitse-prezidentinin (1911) qardaşıdır. A.A.Proxanovun əmisi olan alim-botanik İ.S.Proxanov mühacirətdən sonra SSRİ-də qalıb, respressiya olunduqdan, lakin İ.S.Proxanovun ölümündən sonra Berlində qalmış miras mülkdən dövlətin xeyrinə imtina etdikdən sonra azad edilmişdi.
Onu da qeyd etməyə dəyər ki, Qarabağın azərbaycanlı icması ilə görüşdə Aleksandr Proxanov kiməsə narahat görünə biləcək suallar verirdi. Onlardan biri belə səslənmişdi: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?!”...

Hurriyyet.org
23:23
Digər xəbərlər