Ərsan Ərel: Bir Türk özünü anlayandan sonra daha İrançı deyil, Turançı olar

Güney Azərbaycan Milli Azadlıq Hərakatının fəallarından olan, yazar-araşdırmaçı Ərsan Ərellə müsahibə

- Ərsan bəy, xoş gördük Sizi! Bu gün Güney Azərbaycan məsələsində ən çox dartışılan məsələlərdən biri də, onun çözümü ilə bağlı vahid konseptual fikrin olmamasıdır. Bu gün bu məsələdə vahid ideoloji xətt formalaşıbmı?

- Kəsinliklə onu deyək bilərəm, Güney Azərbaycanın ulusal düşüncəsi umulduğu kimi olqun biçimdə biçimlənməmişdir. Biçimlənsəydi indi Güney Azərbaycan qonusu dünya kamoyu gündəmindən düşməzdi. Çün, orada sömürü siyasətlərin qurbanı olan 30 milyondan çox insan haqqından söz gedir. Bir də içəridə səslənən düşüncələrlə dışarıda səslənən düşüncələr ayrıdır. İçəri gerçəkləri, dışarı isə xəyallarla qışqırtıları (provoksyonları) yansıdır. Daha doğrusu, içəri düşüncəsəl günün gərəksimlərini, dışarı isə geçmişdə uduzulmuş siyasal oyunların ahvaylarının yansıdıcısıdır. Bu açıda içəriylə dışarını bir birinə bağlayacaq ortaq düşüncələrin azlığından, birlikdə hərəkət etmələrini olanaqsız edir. İçəridə məhkum olunmuş Türkü farsdan ayıracaq etgənlər (faktorlar) gündəmdədirsə, dışarda o etgənlərə qarşı geneldə qaşınmalar var. Örnəyin, Bozqurd işarəsi Güney Azərbaycanda Türkü farsdan ayıran bir etgəndir. Bu etgən biriləri üçün sıradan görünə bilir. Ancaq bu mitoloji etgənin arxasında böyük bir tarixin olduğunu düşünərsək, topluma ulusallıq açısından nə kimi etgili olduğunu qavraya bilərik. Çox sıradan görünən Bozqurd işarəsi,tarix qürurunu itirimiş bir ulusa var olma simgəsi durumundadır. Bu simgə " Sən farsdan ayrısan” deyir. Quzey Azərbaycanda ulusallaşma dönəmində bu ayrıcalıqları aydınlar üzə çıxararaq, toplumda ulusal özgüvən yaratıdılar. Bildiyiniz kimi əski fars yazını(ədəbiyatı) Türk saraylarının təpəgözüdür. M.Ə. Rəsulzadə "Klassik fars ədəbiyatına Türk sarayları dayəlik etdilər” dediyində haqlıdır. Bu təpəgöz sonralar Türkü toplumsal ruhsallıq (sosial psixoloji) açısından bütünüylə yox etməyə qalxdı. Bunun üzündən Qəznəli Mahmuddan Qacarlara kimi, Türkcəylə onun ozanları saray qapılarının eşiyində qaldılar. Quzey Azərbaycanda 19-cu yüzilin sonu, 20-ci yüzilin başlanğıcından bu aşağılanmaya son qoymaq üçün düzənli biçimdə aydınlar toplumu aydınlatdılar. Örnəyin Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürəhim Bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, ... Əski fars yazınını " Şahit” yazını olaraq topluma tanıdır, onu aşağılayırdılar. Mirzə Cəlil çeşidli felyatonlarında əski fars yazınını aşağılarkən, bir felyatonda isə açıqca o yazını uşaqbaz, nəşəxor yazını olaraq yazar. Hacibəyili bu yazını "O olmasın bu olsunda” Məşdi İbadın ağzından bir farsca beytlə "şahid” yazını olaraq dəyərləndirər. Bunların bütün yüzillər boyu yalnış siyasətlərin sonucu, Türkcənin aşağlıq taxıntısından (kompleks) qurtarılması üçün yazılırdı. Bunun üçün Quzeydə Türkcə, farsca qarşısında aşağılıq taxıntısından az da olsa qurtardı. Ancaq yazınçı (ədəbiyatçı) şeyx Nəsrullahların qazanc qaynağı olduğundan dolayı, yenə də əski fars yazınına qarşı vurğunluq duyanlar az deyildir. İran da son 20 ildə bundan olduqca öz siyasəti üçün yararlanır. Güney Azərbaycanda yüzillər boyu topluma aşılanan aşağılıq duyğuları toxtadacaq etgənlər üzərinə yatırım qoyulmalıdır. Nə yazıq Güney Azərbaycanda ulusal toplumsal yazının yoxluğundan dolayı, hərə əsir olduğu siyasal düşüncələrin yükünü bu alana daşıyaraq, qarşı durmaların çoxalmasına nədən olur. Buna görə də Güney Azərbaycanın ulusal hərakatında ortaq bir düşüncəyə varılmır. Bu açıdan da Güneylə bağlı hansısa siyasal, əkinsəl (kültürəl) toplumsal bir qurum yaradılan kimi parçalanmağa sürüklənir. Çün, bu qurumlara qatılan insanların dünya görüşləriylə, kiraladıqları düşüncələr,Güney Azərbaycanın ulusal çıxarlarıyla bağdaşmamaqdadır.

- Hər bir xalq azadlığını və bütövləşməsini əldə etmək üçün, ilk olaraq düşüncələrində onun fəlsəfi-ideoloji bazasını yaradır. Ondan sonra bu, sistemlə hərəkət edir. Biz bunu alman xalqının birləşməsində də görürük. Ancaq, bizdə nədənsə, azadlığın əldə edilməsi üçün, "proseslərin yubadılmasını”, "mənasız dartışmaları” görürük. Siz, mənim səsləndirdiyim fikirlərlə razılaşırsınızmı?

- Bütünüylə doğrusunuz. Burada bir neçə etgili etgən vardır. Toplumun inancı, gələnəksəl düşüncələrin tutuculuğu, çağzsız əkinsəl anlayışların anlına ulusallıq damğası vuraraq yaşadılması, qonuyla bağlı ən önəmli etgənlərdir. Dini bizə uşaqların gələcəyi üçün gün ağlamaq yerinə, ölülərə ağlamaq kimi, kültürü də yaşamın bir güncəl bəzəyi yerinə ölü dədələrin qalıtı( irsi) olaraq aşılamışlardır. Buna görə də biz güncəl qonuları deyil, ölülərin əski savaşlarını sürdürən bir ulus görümündəyik. Mirzə Ələkbər Sabir belə deyir:
“Şəhri məlumunuzun vəzi qərari necədir?
Həmdüllillah necə görmüşdüsə Nuh öyləcədir.”
Bizə aşılanan kültür də bu din kimidir. Yüzillərin hərəmsaraylarında tökülən göz yaşlarını, zalımların çeşidli cinayətlərini, nökərçılik, xanlıq, bəylik davranışlarını çağımızın gənclərinə aşılamanın sonucu, belə bir gerici toplum durumuna gəlmişik. Ancaq bizimkilər xan bəy görünmək üçün, bu gericiliyi gənciliyə aşılamaqla uğraşırlar. Çün, onların düşüncələrinin nisgil durağı Koroğlu belə deyil, xanların buyuruqlarıdır. Bu açıdan geçmiş ölülərin savaşları güncəl qonulardan bizi uzaq tutur. Bu gün Güney Azərbaycanın ulusal hərakatında bu əxlaqın yaşanmasından dolayı, sıraqulluq (hiyerarşı) takımerki (oliqarşı) istəklər qarşı durmaların başında gəlir. Biriləri başqalarına qarşı qoymaq üçün başına özündən çirkin neçə kişini toplamış, dediyiniz yersiz çağsız dartışmaları gündəmdə tuturlar. Bunların bütünü gericilikdən qaynaqlanır. Bunlardan qurtulmaq üçün, bizi yerə,çağa sınırlandıracaq bütün düşüncələrdən qurtulmamız gərəkir. Alman ulusu Luterin Vatikandan cəhənnəmin qəbzini alıb qaçışından sonra, bərbərlikdən, germançılığa döndü. Almanlar onlara aşılanan bütün özgəçiliklərdən qurtulandan sonra, özgüvənə ulusal kimlik tapa bildilər. Bizdə bu olmamışdır. Bizdə sıra dışı düşünənlər dinçilərə görə kafir, hakimiyətlərə görə Vətən xainləri olmuşlardır. Bu anlayışlar olduğu sürəcə hansısa güncəl dartışmaların çözülməsini gözləmək çətin olar.

- İranı min illər boyu türk sülalələrini idarə etməsi tarixi gercəklikdir. Ancaq, təəssüflər olsun ki, iki yüz il ərzində türk sülalələri fars mənafeyinə xidmət edən siyasət yürütdülər. Nəticədə də, İran türkün nəzarətindən çıxıb, farsın nəzarəti altında keçdi və türkün toplumu İranın min illər boyu içtimai-siyasi və sosial- mədəni həyatında oynadığı aktiv rolu və passionarlığı sıradan çıxdı. Bu, Azərbaycanda bəzi tarixçilərin, araşdırmaçıların ortaya gətirdiyi fikirlərdəndir. Bir araşdırmaçı olaraq sizin yuxarıda səslənən fikirə münasibətinizi bilmək maraqlı olardı.

- Mən bu qonuları Quzey Azərbaycanın tarixçilərində gördüyüm üçün, 1993-ci ildə Cümhuriyyət qəzetində "Güneyin Quzeysiz ağrıları” başlıqlı çox sayda yazılar yazdım. Bir sıra müəyyən səbəblər və anlaşılmazlıqlardan dolayı yazıları dayandırdım. Bir həftə sonra prezidentin xüsusu idarəsindən yazıların dayandırılmasının nədənini sordular. Mən nədənlərimi dedikdən sonra , başqa bir yerdə onların sürdürülməsini istədilər. Ancaq mən məmur olmaqdan qorxduğum üçün ona razı olmadım. Hörmətli Azərbaycan Respublikasının eks-prezidenti mərhum Əbülfəz Elçibəy də sürdürülməsi üçün neçə kəz Kələkidən sifarşı yolladı. Nə yazıq Azərbaycanda tarıxlər Avropa mərkəzçilik quramçılarının kopiyasıdır. Azərbaycanda tarıx bilimi gəlişməmişdir. Bunun da ən böyük nədəni egemən ulus olan rusların qısıtlamalarıdır. Bu açıdan topluma olduğu kimi gerçəkləri yansıda bilməmişlərdir. Örnəyin B. Vahabzadə “Gülistan” dizgəsində (poemasında) "Ağalar kimidi hər ikisi də yad” deyir. Bildiyimiz kimi Türk sülaləsi qacarlar dönəmində Azərbaycan ikiyə bölünmüşdür. Bu yanlış tarıxlərin yazılmasından qaynaqlanır. İranda Türklər son min ildə deyil, oranın əski yerliləridir. “Camə üt Təvarix” bitiyində oranın bütün yer adlarının Oğuz Xanın verdiyi yazılıdır. Öğuz Xan mifinin ən azından miladdan öncə 3500-4000 il olduğu deyilir. Ancaq farsların Afrikadan bu bölgəyə 3000 il öncə belə gəldiyi hardasa yazılmamışdır. Bu gün farsların ən yaxın soydaşları olan svahillilər (60milyondan çoxdurlar, fars dili isə bu dilin bir ləhcəsidir.) Tanzaniyada, Uqandada, Konqoda, eləcə də Afrikanın doğu ölkələrində yaşayırlar. Farslar yüzillər boyu Türklərlə burada qohumluq ilişgiləri qurduqdan sonra, azacıq Afrikalı soydaşlarından seçilirlər. Ancaq İranın Güneyində (Bəndər Abbas) olduğu kimi Afrikalılıqlarını qoruyurlar. Bu açıdan bizdə tarix gerçəkləri deyil, Avropalıların mərkəzçı siyasətlərinin yansıdıçısıdır. Bunu son yüz ildə qacarların boynuna yıxmaq da doğru deyildir. Bunu Qəznəli Mahmuddan bu yana gəlmiş geçmiş bütün Türk hükumətlərində görmək gərəkir. Türk hükumətləri özlərində daha vasılı olanı qırağa qoyub, özgələrində olmayana olanaq yaratdılar. Farslar islamdan 300 il sonra qoşuqla (şeirlə) tanış olarkən. Türklərdə onun daha gəlişmişi olmuşdur. “Divani Luğət”də bunu açıqca görürük. Ancaq son iki yüz ildə Türklərin üç qitəyə egemənliyini (Asiya, Afriqa, Avropa) içinə sindirəməyən sömürücü güclər, uydurma tarixlərlə yanaşı, Türklərə qarşı geniş alanda savaş açdı. Qacar mirzəsi olan Cəlalütdövlənin, Mirzə Fətəli Axundovun, Zeeynalabdin  Marağalının, Tərbizli Talıbovun, sonralar Kəsrəvinin, İranşəhrin, Şəfəqin... farsçılıq hərəkətinə qatılmaları bilimsəl deyil, siyasaldır. Bunların arxalarında sömürü izləncəsi (proqramı) bilimsəl olaraq görünürdü. Bu açıdan Qacarları suçlamaq doğru deyildir. Qacarlar dönəmində, Türk dili fars diliylə yanaşı dövlət diliydi. Nəsrəddin Şah ikinci Avropa gəzisindən sonra (1875), Rusiyada olan qazaq əski düzənini %75 üst düzey əsgərlərin Türk olması qoşuluyla yaratdı. Möşirütdövlə “Əski İran tarixi” yapıtında, Qacar dövlətinə yalmanmaq üçün,onların sülaləsini əski bir Türk sülaləsi olan Əşqanlılara bağladı. Demək istədiyim, Qacarlarda Türk olmağı aşağı görmək kimi bir olay söz qonusu deyildi. Ancaq yüzillər boyu din çadırı altında farslar saraylarda etgili olmuşlar. Qacarlarda isə bu etgi son həddə çatmışdı. Buna görə də Avropanın yardımıyla bir mehtərin (Rza Pəhləvi) dövlət çevirilişiylə o boyda dövlətə son qoyuldu. Çün, saray öz kökü üstündə durmamış, özgə köklərə boyun əymişdir. Son min ildə Türk xaqanları yalnız siyasal egemənliyə üstünlük vermişlərdir. Bu açıdan başqa alanları özgələrə qapdıraraq, onlara olanaq yaratmışlardır. Bundan dolayı, Türk Orxan-Yenisey yazıtlarında olduğu kimi daha özünü göylərə qaldırmırdı. Bu gün Quzey Azərbaycanda da dövlətlə bilginlərin yanlışından dolayı, toplumda dil, tarıx güvəni olduqca azdır. Yazılmış tarixlər çəlişgili (ziddiyətli) dil isə ikinci əl bazarına(bit bazarına) dönüşmüşdür. Elə Qacarlar dönəmində də bu durum vardı. Bu gün Azərbaycan Türkcəsinin durumuna baxsanız bunu görərsiniz. Hər kim hansısa bir yabancı dilin ölüsünü düşüncəsinə uyğun bilirsə,bu dilə daşıyıb, dilə yük edir. Mən bu qonulara sizə yolladığım " Dündən bu günə Güney Azərbaycan” başlıqlı yazılarda deyinmişəm.

- Hazırki, və gələcək vaxtlarda İranın türkləşməsi ideyasına neçə baxırsınız?

- Mən özlüyümdə bir az sıradan vətən anlayışından uzaq düşünənəm. Güneydə ikinci, üçüncü sinifdən fars şovinizminin özülünü qoymuş Firdovsinin yapıtı bizlərə oxudulur. Bir Türk özünü anlayandan sonra daha İrançı deyil, Turançı olar. Bunun üçün mən özümü anlayandan sonra o addan bütünüylə soyunmuşam. Mənim vətənimin sınırları, danışdığım dilin sınırları boydadır. Ancaq bu vətən özünü yeniləmirsə, varsallaşmırsa, qohum qonşularını da itirə bilər, özünü də. Bu gün bağımsız dövlət olan Quzey Azərbaycan da belə dilin yaşaması quşqu altındadır. Nədənini isə dilin yüzdə doxsanının qocalığında axtarmaq olar. Güney Azərbaycanda da Toplumdan alınmış dil, tarix güvəni qaytarılmayana kimi bunlar xəyallardır. Nə yazıq bizim bu qonulara siyasal, toplumsal, əkinsəl yatırımımız olduqca azdır.

- Maraqlıdır ki, dünyanın təbii-resurslarla zəngin dövləti olan İran geopolitik proseslərdə özünü bir güc dövləti kimi göstərə bilmir. Bunun səbəblərini nə ilə bağlayırsınız?

- Qacarlardan sonra, o ölkə sömürü güclərin egemənliyindədir. Oranı yönəldənlər isə bütünüylə, onların oyuncaqlarıdılar. Bağımsız olmayan yönətimlərin ,bağımsız bir güc olma olanaqları olmaz. Çağın gərəksimi olan bilimlərin qısıtlandığı bir yerdə, gücə çevrilmədən söz etmək olmaz. Bu açıdan yalnız oradan deyil, ideolojiların sınırladığı bütün devlətlərdən, uzun sürəli güc olmanı ummaq yersizdir.

- İranın gələcək dövlət modelini necə görürüsünüz?

- Görmək istəmədiyim bir yerdə, modeldən danışamam. Ancaq Azərbaycan Türkü orada dilini gəlişdirib, varsallaşdırarsa, çox çəkmədən bizim diləklərimiz çin ola bilər.

-Sonda, Sizə öz təşəkkürümü bildiririk suallarımızı cavablandırdığınıza görə.

Siz də sağ olun. Umaram sorularınızı doğru anlayıb, doğru yanıtlaya bildim.

Xudaferin.eu

18:33