Professor, şumerşünas alim Tariyel Azərtürkün ABŞ-da nəşr olunan “TÜRKÜN VƏ TÜRK DİLİNİN KÖKƏNİ” kitabı qədim tariximizin yeni səhifəsidir...
...İki gün əvvəl ötən əsrin 90-cı illərində Bakıdakı elmi-pedoqoji fəaliyyətini ABŞ-a köçürən, artıq iyirmi ildən çoxdur ABŞ-da çalışan professor, şumerşünas alim Tariyel Əliyevlə (Azərtürk) tanış oldum. Daha doğrusu, alimin qardaşı oğlu Azər Əlizadə bizi tanış etdi. Azərbaycanın seçilən ziyalılarının da iştirak etdiyi bu ictimai-mədəni tədbir, əslində, Azər bəyin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu, professor Tariyel Azərtürklə tanışlıq məqsədi daşıyırdı. Amma bu tanışlıq çox sirlərə işıq saldı. Biz Tariyel müəllimlə tanışlıqdan sonra bir daha Azərbaycandan beyin axını, intellektual insanların ölkəni tərk edib xaricə getmə səbəbləri ilə bir daha yaxından məlumatlı olurduq... Bunlar fərqli yazının mövzusu olduğundan, keçək mətləbə ki, Azərbaycanın Tariyel Azərtürk kimi ölkəmizə və dövlətimizə, türk dünyasına başucalığı gətirən övladları var...
Bakıdan Amerikaya uzanan işıqlı yol...
Tariyel müəllimlə həmsöhbət olub “Təzadlar”ın oxucuları üçün müsahibə aldım. Düşünürəm ki, biz belə işıqlı-elmli insanlarımızı tanımalıyıq və tanıtmalıyıq. Ən böyük diaspor fəaliyyəti də elə əməlin elmlə yoğrulmasıdır!
Beləliklə, Tariyel müəllimlə söhbətimizə qayıdıram:
- Tariyel müəllim, Azərbaycanda xoş görüşdük... Özünüzü yaxından tanıyaq...
- Mən Azərtürk (Tariyel Vəli Nüvədili) - Tariyel Vəli oğlu Əliyev, 1942-də Zəngəzur mahalının Nüvədi kəndində anadan olmüşam. Yeri gəlmişkən, adına ilk dəfə 4000 il bundan qabaq antik şairəmiz Bida Həmmədaninin mixi yazılı türkdilli poemasında rast gəlinən, Araz çayının sahilində yerləşirdi Nüvədi kəndi manqurd düşmənlərimiz ermənilər tərəfindən 1991-ci ilin avqustunda işğal edildi. Kəndin adını isə dəyişib Nrnazdor (Narlı dərə) ediblər.
- Mən 1991-ci ildə jurnalist kimi Nüvədidə ezamiyyədə olmuşdum, inşallah, o yerlərə mütləq qayıdacağıq...
- Bəli, dünya da görür ki, tarix təkrarlanır, olduğu kimi yazılır... Azərbaycan ordusunun 2020-ci ildə 44 günə yazdığı yazının pozusu yoxdur, düşmənlərimiz bunu yaxşı bilir. Mən 1957-ci ildə Nüvədi 7 illik məktəbini əla qiymətlərlə bitirdim, orta məktəbi isə (1958-60) qonşu Aldərə kəndində davam etdirdim. 1960-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə qəbul olundum. 1967-68-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda latın dilindən dərs deməklə yanaşı, 1 nömrəli Bakı Tibb texnikumunda latın dili və farmakologiya müəllimi kimi fəaliyyət göstərdim. 1968-ci ilin yanvarında fiziologiya sektorunda biokimya üzrə əyani asriranturaya daxil oldum. 1970-71-ci illərdə Ukrayna EA Molekulyar Biologiya və Genetika Elm-Tədqiqat İnstitutuna elmi ezamiyyətə göndərildim. 1974-də biokimya ixtisası üzrə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini aldım. Bundan sonrakı 11 illik elmi fəaliyyəti A.Qarayev ad. Fiziologia Elmi-Tədqiqat İnstitutunda davam etdirdim. 1975-də özümün işləyib hazırladığım elmi konsepsiya ilə institutda “Bədxassəli şişlərin biokimyası” adlı elmi qrup təşkiletdim. Təsəvvür edin ki, respublikada ilk dəfə istiqamətli sintez olunmuş şiş əleyhinə kimyəvi maddələrin sintezinə nail olundu. Bu sahədə Boston (ABŞ-ın Massaçusets ştatı) Marin Laboratoriyasının rəhbəri, məşhur biokimyaçı alim, Nobel mükafatı laureatı Sent-Diyördi ilə sıx yazışma əlaqələri yaratdım. Tio və selensemikarbazon tipli istiqamətli sintez yolu ilə alınacaq maddələr barədə olanmülahizələrimibilən Sent-Diördi məni öz laboratoriyasına dəvət etdi.
- Və Siz ABŞ-a getdiniz...
- Yox... Sovet dövrünün qanunları buna imkan vermədi... Amma Litva EA-nın məşhur Üzvi Sintez, Rusiya EA Sibir şöbəsi nəzdindəki İrkutsk Üzvi Sintez institutları ilə birgə fəaliyyətimi davam etdirdim... Amma sonradan ABŞ-a getmək, fəaliyyətimi davam etdirməkdə qərarlı idim...
- Maraqlıdır, hazırda ciddi şəkildə məşğul olduğunuz Amerikalı elmi fəaliyyətiniz isə tibb sahəsinə qəti aidiyyətli deyil...
- Bu da taleyin qismətidir... 1994-cü ildə Bakıda bir müddət işsiz qaldım, bu da mənim ABŞ-a yolumu açmış oldu... ABŞ-a ailəmlə köçdüm, bu ölkədə əvvəlcə biokimyaçı kimi elmi laboratoriyalarda, Sietl Vaşinqton Universitetinin biokimya laboratoriyasında çalışdım. 1994-1995-ci illərdə Merilen Univeristetinin ştatlı işçısı kimi Vaşinqton Universitetində Azerbaiyani-English Divctionary (dr. Danwoody Press, 1995, 366 p.) kitabının söz fondunun hazırlanmasında yaxından iştrak etdim. Sonrakı illər, hətta Amerika əczaçılıq sistemində (1996-2006) də işlədim. Amma türk tarixinin öyrənilməsi məni daim düşündürürdü... ABŞ-ın əksər kitabxanalarına baş vurdum, türk xalqının və dilinin tarixi yolunda axtarışlara başladım, Şumer-Türk bağlılığını dərindən tədqiq etmək qərarına gəldim.
- Əvvəllərdə bu sahə ilə bağlılığınız var idimi?
- Bilirsiz, aspirant olduğum illərdə türkologiyaya dair elmi mütaliələrim var idi. ABŞ-da olanda isə problemə daha əhatəli, elmi yanaşmam oldu, araşdırmalara başladım. İllər keçdikcə mən hiss edirdim ki, bir qüvvə, sanki məni yolumdan digər bir səmtə çəkir. Mən türkün tarixini araşdırmaq, öyrənmək həvəsinə düşdüm. Düzdür, bu istək məndə tələbə vaxtından yaranmışdı. İndi isə qarşıma məqsəd qoyub konkret araşdırmalara başladım. Deyirlər ki, biz şumerlərin kökündənik. Amma dəlil-sübut lazım idi. Mənim də araşdırmam məhz bunun kökündə dayanan səbəbi öyrənmək idi. Axı, hansı bir səbəbə görə belə deyirlər?! Bunun bir tarixi səbəbi, elmi sübutu olmalıdır. Lakin bu işlə, araşdırma ilə məşğul olan alimlərin heç birisi bu işi kökündən öyrənib yekunlaşdırmayıb indiyə qədər. Bu haqda yazılmış çoxlu ədəbiyyat oxuyurdum, məqsədim ortaya dəlil-sübut çıxarmaq, faktları tapmaq idi. Əgər mənim köküm şumerlərdən gəlirsə, dilim, adət-ənənəm, mədəniyyətim uyğun gəlməlidir. Mən ortada olan səbəbi axtarmaq üçün uzun yola çıxmışdım. Əslində şumerlərlə bizi bəzi ortaq rəvayətlərin olmasına görə bağlayırlar. Amma bu ciddi səbəb deyil. 1994-cü ildən Amerikaya gedəndən daha maraqlı, elmi, tarixi kitablar alıb oxuyurdum, araşdırmalarımı daha ciddi şəkildə davam edirdim.
Məsələn, Kilqanuşu oxuyub rus dilindən tərcümə edirdilər və deyirdilər Kilqanuş bizik. Bu rəvayərlərin bizim milli rəvayətlərə bənzəməsi əslində bizə şumer olduğumuza dair ciddi səbəb sayılmaz. Mən araşdırmalarımı daha ciddi səviyyədə davam etdirməkdə idim Belə ki, 1994-cü ildə Amerikada olarkən ən məşhur şumeroloq Miçeqan Universitetinin professoru Samuel Moykramer adlı alimin kitabını tapıb aldım. O, çox savadlı alim idi bu sahədə, hətta qədim şumerlərin yazılarını asanlıqla oxuya bilirdi. SSRİ vaxtında şumerologiya elmi yaxşı inkişaf etməmişdi. Bəzi müəlliflər var idi ki, özlərini Avropa alimlərinə bənzətmək istəyirdilər. Rusiyada universitetlərdə guya şumerlərin dilindən tərcümələr nəşr olunurdu, lakin bunlar inandırıcı kimi görünmürdü. Amma mən bəzi tərcümələri oxuyanda fikir verirdim ki, şumer mənbələrindəki sözlər türk sözlərinə çox bənzəyir.
Şumer mətnlərinə həsr edilmiş əsərlərin uzun illər boyu tədqiqi, analiz və sintezi sayəsində işləyib hazırladığım semantik və fonetik modelləşdirmə metodu ilə heç kəsə bəlli olmayan yeni mənbələr və faktlar tapdım. Xarici dillərdə olan elmi mənbələrdən etdiyim tərcümələrin hamısı sübut edirdi ki, ağızlarda gəzən -”Şumerlər türkdür” ideyasının elmi əsası var. Və görürdüm ki, elədir ki var! Mən aşkar etdim, bunlar ABŞ-da nəşr olunan kitablarımda və elmi məqalələrimdə də təsdiqini tapır, “Şumer dili - Türk dilidir”. Mən bunu səslərin, sözlərin, hecaların oxşarlığında axtaranlardan fərqli olaraq birbaşa mətnlərin dərinliyinə nüfuz etməklə yeni yanaşmanı ortaya qoydum. Onu da qeyd edim ki, Mixi yazılı mətnlərdən etdiyim tərcümələr əsasında özümün təsis etdiyim jurnalda 30-dan çox iri həcmli məqalələrim nəşr olunub... Bir daha qeyd edim, elmi-tarixi fakt və mənbələrə istinadla sübut edirəm ki, 8 min il əvvəl Babildə Türk ilk piktoqram yazıları icad edəndən sonrakı 2 min ildə onları çivi işarərələrinə çeviriblər. Bundan sonra insan düşündüklərini nisbətən asanlıqla yazı vasitəsilə ifadə etmək imkanı qazanıb. Bizim türk dilində olduqlarını təsdiqlədiyimiz yazılı mənbəələrə çox böyük əhatədə rast gəlinir. Babilden əlavə, onlara İribunyedə (İrevanda), Naxçıvanda. Muğanda, Luristan və Təhti Cəmçid (Persepolis) və Həmmədanda da var. Onlar türkün yaşadıqları coğrafi genişliyin tarixi nişanələridir. Kitab 10 minillik Türk tarixini danılmaz dəlillər və yazılı gerçək həqiqətlərlə tədiqləyir. “QENEZİS TÖRKA İ TÖRKSKOQO ƏZIKA” (na osnove klinopisi) (rusca), “GENEZIS OF TURK AND TURKSIH LANGUAGE” (on the base of cuneiform) (ingilisce) -TÜRKÜN QIZIL KİTABI Adlandırılan “TÜRKÜN VƏ TÜRK DİLİNİN KÖKƏNİ (mixi yazılı mətnlər əsasında)” kitablarım akademik səviyyədə yazılmış fundamental əsərlərdəndir. Burada ehtimallara deyil, elmi mənbələrə istinadlar vardır. Bu sahədə bir çox kitabın müəllifiyəm. “Əcdad” adlı ilk kitabım 1997-ci ildə işıq üzü görüb. Azərbaycanca yazılan və 10 iri mətnin türkcə tərcüməsini özündə birləşdirən 472 səhifəlik “ƏCDAD” kitabım (azərbaycan türkcəsi, Sietl, 1997), bu sahədə bizim ilk tərcümə təcrübəmiz idi. Kitabda bir fəsil “Mixi işarələrin mənşəyi. Kimindir onlar?” adlanır. 8 min il öncə, hələ yazı icad olunmamışdan qabaq, ulular şəkil yazılardan istifadə ediblər. Məsələn, maral buynuzu çəkərək, ona “darax” deyiblər. Sonrakı 2 min il ərzində həmin şəkil yazılar tədricən mixi yazı sisteminə təkamül edibdir. Mən bu kitabda da piktoqramların mənalarına söykənərək, onların türkün əcdadları tərəfindən yaradıldıqlarını faktlarla sübut etmişəm.
Amerikada oxuduğum “Şumerlərin tarixi, mədəniyyəti” adlı kitabı aldım, oxudum. Və oxuduqca görürdüm eyni türk sözləridir. Düzdür, onlar şəkilçilərin yerini dəyişiblər, bir neçə, hətta 3 sözü birləşdiriblər. Amma bu sözləri bölüb şəkilçilərinin yerini dəyişəndə türk sözləri alınır. Bu sözləri də Avropa alimləri tərcümə edə bilmir, original kimi saxlayırlar. Vaşinqton Universitetinin Suzala kitabxanasında gil yazılar haqda maraqlı yazılar, kitablar əldə edə bilmişdim. Mən 2-3 ay bu kitabların, əsərlərin üzərində işlədim, araşdırma apardım. Və sonda məlum oldu ki, hətta bir çox yazılar var ki, bunlar elə Azərbaycan qəzəlidir. Mən bu minvalla 3 qəzəli tərcümə elədim... Bəli, türk tarixi qədimdir, zəngindir. Amma təəssüflər olsun, hələki dərinliyinə qədər öyrənilməyib. Bunun bir məsul yükü də mənim çiynimdədir, çalışıram ki, bu sahədə qaranlıq səhifələrə işıq salım. Elmi tədqiqatlarım davam edir. Sizin “Təzadlar” oxucularına da salamlarımı çatdırın...
- Təşəkkür edirik, Allah bu sahədə yardımçınız olsun, Sizə uzun ömür və böyük elmi yaradıcılıq səhifələri arzulayırıq...
AMERİKAYA TÜRK TARİXİNİ APARAN ALİM...

Söhbətləşdi: Asif MƏRZİLİ
Xudaferin.eu
09:46
Digər xəbərlər