Nərimanova meydan oxuyan Əhməd

Rusları işğalçı adlandırdığına görə güllələnmişdi

Nəriman Nərimanov Sovetlərin birinci qurultayını çağırır. Nərimanov çıxış edərkən Darülfünun tələbəsi, Bakının zəngin ailələrindən birinə mənsub olan (Xeyriyyəçi Baxış Əhmədovun oğlu) Əhməd Əhmədzadə ona deyir:

— Yoldaş Nəriman. Qonaqlarımızın (rus ordusunu nəzərdə tutur) qonaqlığı çox uzun çəkdi. Heç gedənə oxşamırlar, sürətlə hər yerə yerləşirlər. Hər şeyi ələ aldılar. Qorxuram ki, Azərbaycan adını da aradan götürsünlər.

Nərimanov heyrətlə ayağa qalxır, deyir:

— Yoldaş Əhməd, mən sizi anlamadım.

Əhməd kürsüyə gedərək xalqa deyir:

— Yoldaş Nəriman məni anlamadı…O zaman məsələni belə izah edim. Əgər Azərbaycan müstəqildirsə, niyə rusların məmləkətimizdən çıxmasını tələb etmirsiniz? Əgər müstəqil deyiliksə, niyə bunu cəsarət edib xalqa açıq şəkildə deməkdən qorxursunuz? Belə hərəkətin mənası qorxaqlıqla xəyanətdir.

Əhmədi salondan çıxarırlar. Stajına görə həbs etmirlər, firqədən çıxarırlar. Bir neçə il sonra isə güllələnir… (1928-ci il 21 mart) /Difai təşkilatı/

Mənbə: Dilqəm Əhməd

Qeyd: Fotodakı şəxs Əhməd Əhmədovdur.

11:20