Urmu gölünün Şərəfxana limanı quruyub

Güney Azərbaycanın ən səfalı və ən çox gəlir gətirən bölgəsi kimi tanınan və tarixən bu bölgənin qürur mənbəyi olması kimi dəyərıi olan Urmu gölünün dərin və şimal tərəfində yerləşən böyük Şərəfxana limanı tamamilə quruyub.

İran mollakratiya rejimi ölkəni terror və silah ticarəti maraqları üzərində idarə etdiyi üçün, rejimin ən çox gəlir mənbəyi də bu sahə ilə bağlıdır. Özəlliklə də, Ermənistanın da daxil olduğu bu şəbəkə son 27 ildə daha intensiv şəkildə inkişaf etməkdədir. Belə ki, Türkiyə, İraq, Suriya və Quzey Azərbaycanda etnik separatçılıq siyasətini yürüdən erməni və kürd toplumları məhz mollakratiya rejimi tərəfindən dəstək alırlar.
Mollakratiya rejimi Ermənistanla birlikdə Quzey Azərbaycan üçün Qarabağ, Güney Azərbaycan üçün isə, Urmu sindromları planlarını həyata keçirməkdədir.  Buna görə də Urmu Gölü çevrəsində süni şəkildə ekoloji problemlər dərinləşdirilir. Bununla da əsas amac Güney Azərbaycanın ən strateji bölgəsi olan Urmu Vilayətindən ekoloji problemlərin daha da dərinləşməsi nədəni olaraq, bölgə toölumun məcburi şəkildə miqrasiya etməsi kimi dərin hədəflər mövcuddur.

 
Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:46