"Nazirlikdən gəlib Atatürkün portretini otağından söküb apardılar"
Azərbaycan səhiyyəsinin ən məşhur həkimlərindən biri, Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi, milli ədəbiyyatımızın öndə gedən şairlərindən biri olmuş Bəxtiyar Vahabzadənin kürəkəni Ziya Əsədovun sentyabr ayının 25-də qəflətən ürəktutmasından vəfat eedibdir. O, eyni zamanda türkçü, millətini, xalqını sevən, əlindən gələn yaxşılığı insanlardan əsirgəməyən kimi bilirdi.
Əməkdaşımız yollanır 5 saylı Klinik Xəstəxanaya... İçəri daxil olar olmaz, yollanırıq baş həkimin otağına. Ziya doktorun otağı bağlı olsa da, katibəsi yerindədir. Özümüzü təqdim edirik, gəliş niyyətimizi açıqlayırıq. Yan otaqdan baş həkimin müavini gəlir, xeyli kədərli səslə, olayın şokundan çıxmadıqlarını deyir. Katibəyə göstəriş verir ki, Ziya bəyin otağının qapısını açsın və bizə hər hansı bir işdə yardımçı olsun. Otaqda bir neçə işçi var və hamı bir kədər içindədir. Kadrlar şöbəsinin müdiri Gülnarə Məmmədova göz yaşlarını saxlaya bilmir: “Ziya Əsədov elə bir insandır ki, sözlə ifadə etmək olmur. Hamımız doğma adamımızı itirmişik”.
Ziya Əsədovun otağında əli ilə göstərib, ağlaya-ağlaya deyir: “Qarabağ əlilləri gəlirdi, bura düzülürdü. O, hamısına yardım edirdi. Bura gələn heç bir insanı naümid buraxmazdı. Hamıya yardım əlini uzadardı. Hamımıza doğma ata idi, qardaş idi, dayaq idi”.
Söhbətə qoşuluruq: “Həm də millətçi olub, türk olub”.
Şöbə müdiri təsdiqləyir, “Bəli elə insan idi”. Sonra da Z.Əsədovun otağında divarı göstərib deyir: “Burada Atatürkün iri bir portreti var idi. İmkan vermədilər, nazirlikdən gəlib, söküb götürdülər (Səhiyyə Nazirliyini nəzərdə tutulur–red). Sonra bizə Z.Əsədovun fotolarını tərdim edir ki, baxaq. Biz də fürsəti fövtə verməyib, fotoları telefonun kamerası ilə çəkirik.
O, isə söhbətində davam edir: “Əvvəllər nazir müavini, sonra da bu xəstəxananın baş həkimi işləyib. Onun ölüm xəbərini eşidəndən özümüzə yer tapa bilmirik. Gözəl bir insanı itimişik. Nə deyim... Sabah onun 63 yaşını mərasim evində qeyd edəcəyik (ağlayır)”.
Söhbətimizə reanimasiya şöbəsinin tibb bacısı Natəvan Hasıyeva müdaxilə edir: “Ata kimi çox istəyirəm onu. Məni əvvəl çalışdığım xəstəxanadan çıxarmışdılar. Ziya doktor dedi ki, qızım, gəl mən sənə iş verəcəyəm. Bura gələn kimi məni reanimasiyaya götürdü. Ölümünə hələ də inana bilmirik. Məkanı cənnət olsun”.
Daha bir həkim söhbətə müdaxilə edir. Deyir ki, bu xəstəxanada ilk addımlarımı qəbul şöbəsindən başlayıb: “Mən bura işə düzələndən bir il sonra Ziya bəy bizim xəstəxanaya gəldi. Gülərüz, mehriban, hamıya əl tutan bir insan idi. Kimin imkanı olmurdusa, bilirdi ki, Ziya bəy onlara kömək edəcək. Kasıblar, hamı bu xəstəxanaya gəlirdi. Hamı bilirdi ki, Ziya bəy onlara kömək olacaq, naümid qoymayacaq. Xəstəxanaya qəbul olunmaqlarında, müalicələrində köməklik edirdi. Kimin dərman almağa pulu olmurdusa, Ziya bəy köməkliyini onlardan əsirgəmirdi. 4 ilə yaxındır ki, mən burada şöbə müdiriyəm. Bu illər ərzində onunla sıx əlaqədə işlədiyim üçün çox xoş sözlər deyə bilərəm. Bir onu deyim ki, mənim üçün çox ağırdır. Dünəndən hələ də şokdan ayılmamışam. Nəinki mən, bütün xəstəxana yas içindəydi, hamı ağlayırdı. Mərasim zalında hamı ağlayırdı, mən belə bir mənzərəni birinci dəfə görürdüm. Hamı ona rəhmət oxuyur, onun üçün göz yaşı tökürdü. Hamı burada xəstəxanada deyir ki, atamız getdi. Həm həkimlər, həm də onu tanıyan xəstələr... Sabah onun doğum günüdür, 63 yaşı tamam olur. Keçən il onun doğum günündə mənim oğlumun toyu idi. Düşdüm onun yanına. Dedim ki, Ziya bəy, qudam xəstədir, məcbur olub, toyu qabağa çəkdik. Sizin ad gününüzə düşdü. Dedi ki, nə danışırsınız, qətiyyən narahat olmayın. Toyunuzu edin. Özü də toyumuzda iştirak elədi, biz onu təbrik etdik. Bütün kollektiv onun başına yığıldı. Onun xətrini nəinki həkimlər, xəstələr də istəyirdi. Millətini həddən artıq sevən adam idi. Hamıya əl tutardı. Səhərlər işə gələrdik, görərdik ki, xəstəxananın həyətindəki yaşıllıqları özü sulayır, çox səliqə-səhmanlı adam idi. Məkanı behişt olsun”.

Aytən Həsənova
Cebhe.info
11:49
Digər xəbərlər