Mirvari Qəhrəmanlı od püskürdü

 “Ədalət Məmmədov və Ehtiram Əkbərli bilirsinizmi ki, cəzalanmalısınız?! Qoy bütün qurumlar bu özbaşınalıqları görsün”

 

“Hörmətli Ədalət Məmmədov və Ehtiram Əkbərli. Bilirsinizmi ki, ARƏM-nin 69.7 ( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) maddəsini pozduğunuz halda , həmin məcəllənin 310,311,312 maddələrinə əsasən cəzalanmalısınız?!”

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhifəsindən müraciət edib.
 

“Mühəndis və texniki işçilərə hədə-qorxu gələrək ərizə yazdırmağa cəhd edirlər”
 

Qəhrəmanlı qeyd edir ki, bu gün, yəni 15.05.2017-ci il tarixində “28 May” NQÇİ-nin Əməkhaqqı şöbəsinin rəisi Ədalət Məmmədov və Kadrlar şöbəsinin rəisi Ehtiram Əkbərli ilə birlikdə səhər saatlarında 28 May NQÇİ-nin Neft daşlarındaki sahələrinə gedərək orada işləyən mühəndis və texniki işçilərə hədə-qorxu gələrək ərizə yazdırmağa cəhd ediblər: “Kadrlar şöbəsinin rəisinin qardaşı özüldə təhlükəsizlik üzrə mühəndis işləyir, onu 12 dərəcədən 13 dərəcəyə qaldırırlar, özü də qardaşının yerini ən yaxşı bloka dəyişdirirlər. Xahiş olunur, işıqlandırasınız. Qoy bütün qurumlar bu özbaşınalıqları görsün”.
 

Şamo
Hurriyyet.org

 

09:35