Mirvari Qəhrəmanlı: “İşçiləri taxta ilə vura-vura gəmidən araladılar”

 

 

“Hörmətli Rövnəq müəllim, işçilərinizə sahib çıxın, həm də şirkətin imicini qoruyun!”
 

“İki gün idi ki, Neft Daşlarında növbə dəyişmirdi. Ümumi qeydiyyatdan 850-1000 nəfər keçmişdi.Gəmi saat 10-da gəmi vağzalında olmayıb,11-də gəlib. İşçiləri taxta ilə vura-vura gəmidən araladılar. Dedilər ki, hamınızı götürəcəm. Saat 15.00-ə qədər gözləyəndən sonra gəmiyə buraxdılar”.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmalı açıqlayıb: “Turan” və “Üfüq” gəmiləri də gəlib hərəsi 80 nəfər götürdü. 850 nəfər bir gəmi ilə necə gedə bilər? Bir nəfər də ayaq altında qalmışdı. Gəmi saat 10-da dəniz limanından çıxmışdısa, onda Neft Daşlarına niyə axşam saat 6-da çatıb? Qaldı işçilərin basabas salmaqda günahlandırılmasına, gəmiyə minməyə yer olmayanda və işə çatmayanda rəis soruşur ki, niyə başqaları gələ bildi, sən yox?”

“Bu qədər insanı belə bir gəmiyə doldurub daşımaq təhlükəlidir”

“SOCAR vitse prezidenti cənab Mikayıl İsmayılov və Azneft İB Baş direktoru cənab Daşqın İsgəndərov, baxın və zövq alın. Türkiyənin “Cumhuriyet” qəzeti yazmışdı ki, SOCAR gəmi alıb? O gəmilər hanı bəs?

“Sabit Orucov” gəmisi 1983-cü ildə Finlandiyada hazırlanıb. Dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, bu səbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Daşıma qabiliyyəti 600 nəfərdir. Ancaq çox köhnə olduğu üçün gəmiyə 450 nəfər buraxilır. Bununla belə, 450 nəfər də çox böyük yükdür. Bu qədər insanı belə bir gəmiyə doldurub daşımaq təhlükəlidir” – deyə NHMT sədri bildirib.

Şamo,
Hurriyyet.org

 

09:25