Havanı da satmağa başladılar: Hələlik Çində

Bir udumu 17 sentə, 180 nəfəsalma 30 dollara, ancaq paytaxt sakinlərinə endirim var

Hurriyyet.org xəbər verir ki, Çin sakinlərinə bir udumu 17 sentə təmiz Zelandiya havası təklif edilir. Məlumatı “The South China Morning Post” qəzeti yayıb. “Saf, təmizlənmiş, oksigenlə zənginləşdirilmiş Yeni Zelandiya havası” 7,7 litrlik şüşələrdə satılır və 219 yuan qiymətinədir (30 dollardan azca artıq). Satıcılar iddia edirlər ki, hər bir şüşədə 180 udum hava var. Bir qədər əli aşağı olan sakinlərə Kanada (108 yuan – 16 dollar), lap qənaətcillərə isə Veyhay şəhərinin (5 yuan – 0,7 dollar) havası təklif edilir. Havanın xüsusilə çirklənmiş, qara dumanlı olduğu şəhərlərdə (məsələn, Pekində) endirim sistemi nəzərdə tutulub. Alıcıların müəyyən qismi isə bu yeniliyi bəyənməyiblər: “Bu hava ilə nəfəs aldım, amma böyük fərq hiss eləmədim”, - deyə sosial şəbəkə istifadəçilərindən biri söyləyib.
Çində ekoloji vəziyyət ürəkaçan deyil. Atmosferdə böyük həcmdə sənaye tullantıları olduğundan zavod və fabriklərin çox olduğu şəhərlərə çox vaxt sis-duman çökür. Ötən ilin dekabrında Pekin hakimiyyəti güclü duman təhlükəsi ilə bağlı ən yaksək ekoloji təhdid səviyyəsini – “qırmızı” dərəcəni təsdiqlədilər. O zaman Pekinin ekoloji monitorinq mərkəzi bildirmişdi ki, havada sağlamlıq üçün təhlükəli olan bərk hissəciklərin miqdarı Ümumdünya Səhiyyə Nazirliyinin qoyduğu normadan 20 dəfə artıqdır.

Hurriyyet.org

12:44