Fəxrəddin Oruc Qəribsəs: Bu şəhərin küçələri darısqal, Sakininin ürəyisə genişdir

Fəxrəddin Oruc Qəribsəs

Dəmirqapı Dərbənd

Bürünüb dumana Narın daşların,
Qalıbdır arxada çox savaşların.
Ərən igidlərin,mərd qardaşların,
Olubdur sərvətin, ay Dəmirqapı.

Görmüsən möhtəşəm zəncir kəməndi,
Dolaşır xəyalım bərəni, bəndi.
Tanrı çox görməsin bizə Dərbəndi,
Qoruyaq şöhrətin, ay Dəmirqapı.

Xəlifə nisgili, əmir röyasi,
Xəzərdir üzünün parlaq aynasi.
Görməsin talehin amansız yaşı,
Yaşa sən əbədi, ay Dəmirqapı.

Döşündə bir qala zərli tac olub,
Hasarin min dərdə bir əlac olub.
Yağılar sehrinə çox möhtac olub,
Min illər məbədi, ay Dəmirqapı.

 

Dərbənd

Bu şəhərin küçələri darısqal,
Sakininin ürəyisə genişdir.
Elə bil ki, tarix çəkib min sığal
Hər daşında naxış-naxış keçmişdir.

Əzmi sinə gərdi qafil düşmənə,
Hanı yağıların, yandı kül oldu.
Bu yerlər incisi gözəl Möminə,
Koroğlu eşqində sönməz gül oldu.

Möhtəşəm qalanin uca daşlari
Düşmənə sədd çəkməkdə birinci olub.
Qeyrətlə qət edib çox savaşları,
O şəhər üstündə bir inci olub.

Səməndərtək məşəllənir od ürək,
Qala şöhrət uzun-uzun yaşayır,
Nizaminin həyatında işıqtək
Afaq adli bir ulduzun yaşayir.

Bu şəhərin küçələri darısqal,
Sakininin ürəyisə genişdir.
Elə bil ki, tarix çəkib min sığal
Hər daşında naxış-naxış keçmişdir.

 

Dərbəndin payızı

Dərbənd tutar dərdimi,
Dərdimmi,kədərdimi?
Düşmən vurdu mərdimi,
Ürəyimdən söz gəlir,

Dərbəndə payız gəlir.
Tarixdir başdan başa,
Qalası oxşar qaşa.
Bulaq üstü tamaşa,

Gəlin gəlir, qız gəlir,
Dərbəndə payız gəlir.
Dərbəndim,kədər bəndim,
Narın qalam, hər kəndim.

Tarixinə güvəndim,
Fərəh göyə yüksəlir,
Dərbəndə payız gəlir.

 

Bu qış

Yağış səndən gözəl, səndə yağışdan,
Səmadan gözəllik ələnir nədir.
Adam ölə bilər belə baxışdan
Amansiz bir qişsan, gözün çillədir.

Mən də çox çəkmişəm qar həsrətini,
Dözmüşəm işvəli qiş cəzasına,
Küləklər çilədi məhəbbətimi,
Sənin tək zalimin darvazasina.

Qəmim də donubdu zınqırov kimi,
Asilib bağçanın ağaçalarından.
Sən məni yandirdin bir alov kimi,
Kül etdin baharın damcilarinda.

Hansi bir fəsilə tay tutum səni,
Bütün fəsillərdən üstünsən, başsan.
Bir dərman varımıdır unudum səni,
Talehdən asilan duyğusuz daşsan.

Qar gözəl, sən isə o qardan göyçək,
Ağ qişin içində qara gündəyəm.
Mənin ağ günlərim nə vaxt gələcək?
Mən də Adəm oğlu, adi bəndəyəm.

Kədər dəniziyəm, ağarıb başim,
Ürəyim uydurub toy, düyünləri.
O sənə bənzəyən yağış göz yaşim
Yağan qar talehlin sənsiz günləri...

     

Dünya

Harda səltənət var eyləmisən ram,
Kasib kasıb galıb, varlılar xürrəm,
Şairə dünyanı etmişsən haram,
Hər məqam əl atdin kələyə dünya.

Verdiyin bu həyat zindana bənzər,
Ədalət kökündən qalmayıb əsər,
Ən uzun taleni etdin müxtəsər,
Salmışsan məxluqu tələyə dünya.

Sənsən bəndələrin divanin kəsən,
Ölüm küləyi tək üstündən əsən.
Kiminsə canini almağ istəsən,
Dönürsən bir xəfif mələyə dünya.

Qəlbdə qubarlıdır eşdim, həvəsim,
Heç məna görmürəm coşum, tələsim,
Bir gün yola salib sən Gəribsəsi,
Galarsan mələyə, mələyə dünya.

 

"Ümidlərim"

Səndən sora ümidlərim ,
Biçilən zəmi kimidir.
Üşüyürəm, otağım da
Soyuq zirzəmi kimidir.

Gah səbirsiz,gah da dözən,
Göz yaşindan misra düzən.
Dərdim qəm səlində üzən,
Kamanin simi kimidir.

Gedər ağri bu ömrə tən,
Başimdan ta dirnağacən,

Ürəyim icimdə batan,
Kimsəsiz gəmi kimidir.
Seid qelbi aglar-aglar,
Eshqi coshar caglar-caglar,

Sevgisinden yanar daglar,
Sonmez vulkanlar kimidir.

                                                          

Dönmüsən

Sənsiz qəribsəyib sevdali könlüm,
Ya həyat bəxş elə, ya da ki,ölüm,
Bu sənsiz kainat büzüşüb, gülüm,
Nədəndir, laləsiz çölə dönmüsən.

Məhəbbət yaşlari donub yanaqda,
Ürək vüsal gəzir hər bir sorağda,
İndi yaşayirsan mədən uzaqda,
Nədəndir, əlçatmaz gülə dönmüsən.

Fəsillər ötdükcə ömür tələsir,
Başimin üstündən aci yel əsir.
Yox etdin eşqini sən Qəribsəsin,
Nədəndir,bir sonsus ilə dönmüsən.

 

15:23