“Fənərbaxça”dan “Qarabağ”a dəstək

 

Türkiyənin “Fənərbaxça” klubunun azarkeşləri Azərbaycanın “Qarabağ” klubuna öz dəstəyini bildiriblər.
 

Futbol azarkeşləri Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində “Ülkər” stadionunda “Kayserispor” komandasına qarşı oyun zamanı tribunalarda “Qarabağ könlümüzdəsən” pankartını açıblar. Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel Çempionlar Liqasının qrup mərhələsinin 3-cu tutu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. Bundan sonra, qardaş ölkənin əksər klublarının azarkeşləri Ağdam komandasına öz dəstəyinə bildirməyə başlayıblar. O da bəllidir ki, “Sabah” qəzeti öncələr Türkiyə dövlətinin birbaşa düşməni olan, Qazi Mustafa Kamal Atatürkə qarşı hər zaman küfrlər yağdıran Fətullah Gülənlə işbirliyində olubdur. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin PKK terror örgütünə qarşı mübarizəsinə qarşı geniş təbliğatlar aparıbdır. Bu gün isə adı çəkilən qəzet cildini dəyişdirərək hakim AKP partiyasını fəal şəkildə müdafiə edir. Eyni zamanda Türkiyənin təməl prinsiplərinə qarşı dolayı yolla təbliğat aparmaqdan belə, çəkinmir.

“Fənrəbaxça”  futbol takımının ən çoxsaylı azərkeşləri isə Ana Müxalifət partiyası olan, Mustafa Kamal Atatürkün ideyalarını fəal şəkildə müdafiə edən CHP-(Cümhuriyyət Xalq Partiyası) dir. “Sabah” qəzetində Azərbaycanın Qarabağ ərazisinə qarşı təbliğatların aparılması həm də AKP-nin dolayı yolla mənafeyi kimi də başa düşülür. Çünki, AKP iqtidarda olduğu dönəmdə ifrat islamçı mövqelər sərgiləməklə əslində ərəbizimi ictimai və ideoloji system kimi rəsmiləçdirməyə çalışıbdır. AKP üçün Türk Dünyası anılamı hər zaman yox kimi sayılıbdır. Odur ki, “Fənərbaxça” takımının stadionunda Qarabağa dəstək verilməsi həm də CHP-nin Atatarükçü düşüncəsini bird aha isbat edən faktor sayılır. 

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

09:49