Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə yeni təxribat
Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bilərəkdən Türk Dünyasının ən nəhəng fikir adamlarından biri Nizami Gəncəvinin “kürd” kökənli olmasını yenidən gündəmə gətiribdir. R. Hüseynovun redaktorluğu və giriş məqaləsi ilə N. Gəncəvinin “Leyli və Məcnun” əsəri dövlət proqramı adı altında 2009-cu ildə “Nurlan” nəşriyyatında yüksək poliqrafik tərbiatda nəşr edilib.