Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə yeni təxribat
Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bilərəkdən Türk Dünyasının ən nəhəng fikir adamlarından biri Nizami Gəncəvinin “kürd” kökənli olmasını yenidən gündəmə gətiribdir. R. Hüseynovun redaktorluğu və giriş məqaləsi ilə N. Gəncəvinin “Leyli və Məcnun” əsəri dövlət proqramı adı altında 2009-cu ildə “Nurlan” nəşriyyatında yüksək poliqrafik tərbiatda nəşr edilib. Böyük Nizaminin bu məşhur əsəri kitabda həm türk və ukrayna dilində tərcümə olunaraq birlikdə verilibdir. Kitabın 230-cu səhifəsində Nizaminin “Anam Rəisənin xatirəsi” şeirində onun kürd kökənli olması qeyd olunubdur. Şeirin tərcüməsi isə belədir:
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır görək?
Hələ neçə illər bundan öncə Dağıstanda nəşr olunan dövlət “Daqestanskoe Pravda” qəzetində Türk Dünyasının ən nəhəng bəstəkarı Üzeyir bəy Hacıbəylinin etnik kökəncə anasının ləzgi, atasının isə avar olması yazılmışdı. Bu geniş məqalənin müəllifi isə Bakıda onun adını daşıyan dövlət muzeyinin direktoru Ramazan Qamzatoviç Xalilov adlı birisi idi. Tactikstan Elmlər Akademiyası Ədəbiyyat və Dilçilik İnstitutu 5 cildlik “Qolşane ədəb” klassik fars-tacik kitabını nəşr edibdir. Bu kitabın bütün cildlərində Azərbaycan türklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, Şəms Təbrizi, Qövsi Təbrizi, Arif Ərdəbili və digər onlarla dühalar fars-tacik şairi kimi qeyd olunublar.
Mədəni, ədəbi, tarixi irsimizdə fəxr edə biləcəyimiz, qürur mənbəyi olan dahilərimizin zaman-zaman etnik mənşəyinə qaranlıq kölgə salmaq siyasəti aparılıb. Burada əsas məqsəd Azərbaycan Türkünün dünyaya böyük şəxsiyyətlər yetirmək bacarığının olmaması, bu millətin mədəni dəyərlərinin fars, ərəb, kürd və digər topluluqların hesabına inkişaf etməsi kimi alçaldıcı uydurma tarixlər yazılmaqdadır. Bu sırada özünü klassik ədəbiyyatın, fars şeirinin dahi bilicisi kimi gözə soxmaqdan çəkinməyən Rəfael Hüseynovun belə əməlləri heç də yeni deyil. Ötən yüzilin 80-ci illərində dövlət radiosunda onun müəllifi olduğu “Axşam görüşləri” adlı və həftədə bir saatlıq proqramı yayınlanırdı. Bu proqramda daim Qarabağ muğam məktəbinin ifaçılığı və Şiravan iafaçılığı qarşı-qarşıya qoyulurdu. Guya Şirvan ifaçılıq sənəti ən üstün məktəb hesab olunurdu. Halbuki, Azərbaycan muğam ifaçılığı, eləcə də aşıq sənəti tarixində Şirvan məkətbi adlanan sahədə bircə nəfər də olsa Mirzə Səttar, Hacı Hüsü, Əbülhəsən xan Azər İqbal, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşalı, Cabbar Qaryağdıoğlu və s.-lər kimi azman sənətkarlar olmayıb. Aşıq sənətində Tufarqanlı Abbas, Aşıq Ələsgər, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Ədalət və s. səviyyəsində R, Hüseynovun süni şəkildə şişirtdiyi bircə nəfər də olsa Şiravan ifaçılıq məktəbi kimi tanıdılan sahənin ustadı olmayıb. Keçmiş Sovetlər Birliyi dönəmində süni şəkildə Şirvan-Qarabağ qarşıdurmasını həmin proqramlarda gündəmə gətirməklə əslində R. Hüseynov milli bütünləşməyə hələ o zamanlar sarsıdıcı zərbələr vurmaqla məşğul idi. Səs tembiri, ifaçılıq məharəti böyük səhnələr üçün yaramayan öz həmyerlisi olan muğam bilicilərini süni şəkildə qabartamaqla R. Hüseynovun əsil məqsədinin nədən ibarət olması bu günlər bir daha ortaya çıxıbdır. Dahi Nizami Gəncəvini “kürd şairi” elan etmək. Rəfael Hüseynov o qədər savadsızdır ki, bütün dünyanın etiraf etdiyi kimi Nizami Gəncəvinin türk şairi olmasına qarşı çıxaraq, Bakıda türk düşmənçliyi aparan ermənilərin və farsların dəyirmanına su tökübdür.
Keçmiş SSRİ dönəmində Qafqazda türkün tarixi, mədəni izlərinin inkarı siyasəti aparılırdı. Bu sırada Azərbaycan Elmlər Akademiyasında hətta xüsusi kadrlar yerləşdirilmişdi. Türkün qəhrəmanlıq və mifik təfəkkür tərzinin dərin qatlarını özündə birləşdirən Koroğlu eposunda onun Qurdoğlu olmasını, Boz Qurd soyunu təmsil etməsi qırmızı Moskvanın təhrikilə Azərbaycandakı səbatsız və sapqın alimlərimiz tərəfindən “kürdoğlu” kimi qələmə alınmışdı. Hətta Dədə Qorqud eposu “xalq düşməni” elan edilmişdi. Milli düşüncənin Hind-Avropa nəzəriyyəsinin qılafına bürünməsi strateji hədəfə çevrilmişdi. Min dəfələrlə təəssüflər olsun ki, türkü inkar siyasəti hələ də elm aləmində davam edir. Özlərini hər addımda vətənpərvər sayan alimlər isə susurlar. Onlar qorxaqlıq göstərərək susmaqla elmdə olduğu kimi həyatda da saxtakar olduqlarını bir daha təsdiq edirlər.
İndi qayıdaq böyük Türk şairi, fikir adamı Nizami Gəncəvinin etnik kimliyi və milli düşüncə tərzinə. Bu yöndə Azərbaycan ədəbiyyatşünaslığında saxta ehkamlar hələ də qorunub saxlanılmaqdadır. Guya heç bir elm adamı SSRİ-nin ağır basqıları və şərtləri daxilində səhvlərə yol verməyib. N. Gəncəvi fars dilində yazmış olsa da, onun bütün əsərləri türk təfəkküründədir. Belə ki, epos janrı ədəbiyyat tarixində farslarda heç zaman olmayıb. N. Gəncəvi isə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi epik janrların bütün Şərq aləmində əsasını qoyubdur. Onun klassik fars dilində yazdığı bütün əsərləri hələ də dəqiq tərcümə olunmayıbdır. Çünki, Azərbaycan ədəbiyyatşünaslığında çoxlu sayda saxta elmlər doktorları dərhal biabır ola bilərlər. N. Gəncəvinin yaratmış olduğu möhtəşəm eposları çevirmək üçün ilk öncə klassik fars dilini, eyni zamanda türk düşüncə tərzini bilmək lazımdır. Bu iki dual anlayışdan bilgisi və xəbəri olmayanlar heç zaman bu nəhəng fikir adamının eposlarını anlamazlar. Orta yüzilliklərdə fars dili tədricən saraylarla yanaşı, həm də elm, tədris, ədəbiyyat, şeir yaradıcılığına da yol tapmışdı. Bu tarixi keçmişin izləri mövzumuza aid olmadığı üçün, ondan vaz keçirik. Orta çağ dövründə islam dininin inkişafı sayəsində müsəlmanlığı qəbul edən bütün xalqlar faktiki olaraq, ərəb əlifbasına keçiblər. Farslar isə ərəb əlifbasında bir sıra dəyişikliklər edərək onu özlərinin danışıq, qrammatik üslubuna çevirdilər. Ərəb əlifbasının fonetikasına əsasən dildə “g”, “p”, “ç”, “j” samitləri olmayıb. Farslar isə bu üç samit hərfdən “p, ç, j” səslərini artırsalar da, “g” samitini yaxın yüzlidə işlətməyə başlayıblar. Yəni “kafi-əcəm” adlanan “k” hərfini k kimi yazsaydılar, özlərinin dil və fonoteik qanunauyğunluğuna görə “g” kimi tələffüz edirdilər. Nizami, Xaqani, Mövləvi və digər türk kökənli şair və yazarların əsərlərində, eləcə də dövlət sənədlərində, salnamələrdə də bu hadisə gözə dəyir. Biz əski ənənəyə görə “g” səsinin yerinə “k” hərfi gələn kəlmələrdən bir neçəsini Osmanlı imperiyasının tarixindən örnək olaraq göstərə bilərik. “Tarixi Ğəzəvat – i Osman Paşa Özdəmirzadə” əsərinə nəzər salaq. Burada bir neçə söz k hərfi ilə yazılsa da, ancaq, onlar g kimi oxunmalıdır, yoxsa kəlmələrin mənası tamamilə dəyişməyə uğrayar.
Dəstkah (دستکاه): bu kəlməni yazıldığı kimi - dəst (əl) və kah (saman) kimi oxuna bilər, amma doğrusu dəstgah//dəsgah (dəzgah) olmalıdır; Ənkoştər-i (انکشتری): üzük mənasında olan "əngoştər//ənqoştər" "ənkoştər" kimi oxunduqda mənasız kəlmə olur; Pələnk (پلنک): pələng(پلنگ), Xədənk(خدنک)(mənasız!) : xədəng (خدنگ)(ox); Nekarənde (نکارنده): bu kəlmə həm Nəkarənde (əkməyən), həm də nekarəndə (mənasız) kimi oxuna bilər, amma bu kəlmə həmən "negarənde(نگارنده)//neqarənde"dir və mənası "yazan" deməkdir. Bütün bun faktlarda göründüyü kimi, yəni qord//gord (گرد ) (qəhrəman, igid) sözü "g" səsi tərkibində olan başqa kəlmələr kimi k (کرد) şəklində yazılırdı. Elə buradan da Nizamidə yazılmış forması (kord) (کرد) olan kəlmənin oxunacağı şəkli qord (گرد) olmalıdır. Ancaq, bir çox ədəbiyyatçı və şairlər onu yazıldığı kimi kord (kürd) şəklində tələffüz edərək mənasının dəyişilməsini nəzərə almadan tərcümə ediblər. Belə bir hadisələrdə hər şeydən öncə Nizaminin əsərində qeyd olunan kəlmələrdə məna vəhdəti və sözlərin mətndaxili mənaları nəzərə alınmalıdır. Yoxsa fonetik tərkibli kəlmələri (omoqrafları) bu prinsip əsasında təhlil etsək, doğrusu avamlığa yol vermiş oluruq. Nizaminin "Leyli və Məcnun" əsərində bu misralara bir baxaq:
گر مادر من رئیسه کرد[گرد]
مادر صفتانه پیش من مرد
İndi bu şeirin mənasını Azərbaycandakı bədii tərcüməsindən (Kürd qızı anam da bizi tərk etdi, Bir ana qəlbiylə dünyadan getdi ) fərqli olaraq daha elmi tərcüməsini veririk: Mənim qord və ya kürd rəisəsi olan anam, bir (təbii və həqiqi) ana kimi mənim yanımda öldü.
Burada bir neçə sual yaranır:
1. Bu kəlmə "kord" yazıldığında kürd kimi oxunsa, bəs onda Nizami sonradan dediyi "Mənim yanımda bir (təbii və həqiqi) ana kimi öldü" ifadəsindən nəyi başa düşmək olar? Yəni bir kürd ana Nizaminin yanında bir ana kimi ölə bilməzdimi? Burada bir məsələ ortaya çıxır, Nizami kord (kürd) yox, qədim yazı ənənəsinə görə gord və ya qord (yəni igid, cəsur və qəhrəman) kimi bu kəlməni nəzərdə tutmuşdur və buradan da misranın mənası qabaqkından daha uyğun gəlir: “Mənim anamın elin bir qəhrəman və cəsarətli qadın rəisə (elin, tayfanın rəsi kimi olan) olmasına baxmayaraq, mənim yanımda doğma və təbii bir ana kimi öldü”. Bu, öncə verdiyimiz mənadan daha həqiqətə yaxındır. Çünki bir rəisə qadın elin, tayfanın və mənsub olduğu xalqın idarəetmə işlərilə məşğul olduğu üçün öz uşağına lazımi xidmət edə bilməməsi mövzusu təbii bir məsələdir. Ona görə də Nizami xatırladır ki, mənim anam bir igid, cəsarətli qadın kimi rəis(başçı) vəzifəsində və məqamında olmasına baxmayaraq bir ana kimi öz analıq vəzifəsini yerinə yetirə bilmişdir və Nizami də bu üzdən deyir: Elin igid rəisəsi olmasına baxmayaraq,
Yanımda bir ana kimi öldü (can verdi).
Bu məsələni belə yozmaq misrada mövcud kəlmələrin məna vəhdəti ilə daha uyğun gəlir. Nizami başqa yerdə belə deyir: پدر بر پدر مر مرا ترک بود که
هر یک به فرزانگی گرگ بود.
(Mənim neçə atam (yeddi arxam) türk idi,
Bilikdə, ağılda hər biri qurd kimi idi.
(Nizaminin də əlyazma əsərlərində qorq (qurd)[گرگ] kord kimi yazılmışdır. Amma burada daha heç kim "kord" deyə bilməz, çünki kürdlə qurdun heç bir uyğunluğu yoxdur və qurd sözü ilə türk sözünün uyğunluğu danılmaz bir gerçəkdir). Burada Nizami türkün Bozqurd əfsanəsindən asılı olaraq yaranan və xalq içrə birinin bilikli olduğunu "qurd kimi çox bilir" ifadəsi ilə çatdırmaq istəmişdir. Bir tərəfdən də Nizami həmən "Leyli və Məcnun" eposunda bir sadəlövh kürdə aid təmsilində bu misraları qeyd edibdir:
کردی خرکی به کعبه گم کرد
در کعبه دوید واشتلم کرد
کاین بادیه را رهی درازست
گم گشتن خر زمن چه رازست
این گفت و چو گفت باز پس دید
خر دید و چو دید خر بخندید
گفتا خرم از میانه گم بود
وایافتنش به اشتلم بود
گر اشتلمی نمیزد آن کرد
خر میشد و بار نیز میبرد
"Bir kürd Kəbədə eşşəyini itirdi,
Kəbədə (o yan bu yana) qaçıb hay-haray saldı:
Bu çöldə mənim uzun yolum var,
Mənim eşşəyimin itməsində nə sirr var?
Belə (çığıraraq) dedi və sonra yenidən (eşşəyi) gördü,
Eşşəyi gördü və (eşşəyi) görcək güldü:
Eşşəyim aradan yox olmuşdu ha,
Əgər çığırmasa idim, tapılmazdı.
O kürd çığırmasa (hay-küy) idi,
Eşşək olub yük də aparacaqdı" .
Anasını kürd adlandıran Nizamiyə sadəlövh kürdün belə xoşa gəlməz vəziyyətdə hekayəsini anlatmaq nəyinə gərəkmiş? Biz belə məsələlərdə sadə dillə və ağız ədəbiyyatımızda dayanıqlı olan etimoloji qaynaqlara nəzər saldıqda bütün bunların təsdiqini tapmış oluruq. Bunları deməkdən məqsədimiz odur ki, Nizaminin anasının kürd olması onun özünün türk olduğunu heç də aradan qaldırmaz. Ancaq kim bilir ki, sonralar ermənilərtək PKK yandaşları da heç bir zaman kürdlərə aid olmayan Novruz Bayramından siyasi məqsədlərinə uyğun şəkildə bir alət olaraq istifadə etdikləri kimi bu məsələni əldə bəhanə edərək gələcəkdə Nizaminin anasının kürdülüyü məsələsindən, Gəncənin kürdlərə aid olduğu iddiasını qaldırmazlar? Biz bu məsələnin elmi əhəmiyyəti ilə yanaşı onun siyasi cəhətinə görə də toxunuruq ki, Azərbaycan Respublikasının gələcəkdə yenə erməni kimi üzdən iraq şıltaq etniklərin əlində bahana olaraq torpaq yarası ("Nizami kürd millətinindir" - deyə "Gəncədən bizim ana irsimizi verin") kimi yeni bir iddianın çıxmasına yol verilməsin.
Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə yeni təxribat
Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bilərəkdən Türk Dünyasının ən nəhəng fikir adamlarından biri Nizami Gəncəvinin “kürd” kökənli olmasını yenidən gündəmə gətiribdir. R. Hüseynovun redaktorluğu və giriş məqaləsi ilə N. Gəncəvinin “Leyli və Məcnun” əsəri dövlət proqramı adı altında 2009-cu ildə “Nurlan” nəşriyyatında yüksək poliqrafik tərbiatda nəşr edilib. Böyük Nizaminin bu məşhur əsəri kitabda həm türk və ukrayna dilində tərcümə olunaraq birlikdə verilibdir. Kitabın 230-cu səhifəsində Nizaminin “Anam Rəisənin xatirəsi” şeirində onun kürd kökənli olması qeyd olunubdur. Şeirin tərcüməsi isə belədir:
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi.
Nə qədər ağlayıb, yansa da ürək,
Anama dil verən varmıdır görək?
Hələ neçə illər bundan öncə Dağıstanda nəşr olunan dövlət “Daqestanskoe Pravda” qəzetində Türk Dünyasının ən nəhəng bəstəkarı Üzeyir bəy Hacıbəylinin etnik kökəncə anasının ləzgi, atasının isə avar olması yazılmışdı. Bu geniş məqalənin müəllifi isə Bakıda onun adını daşıyan dövlət muzeyinin direktoru Ramazan Qamzatoviç Xalilov adlı birisi idi. Tactikstan Elmlər Akademiyası Ədəbiyyat və Dilçilik İnstitutu 5 cildlik “Qolşane ədəb” klassik fars-tacik kitabını nəşr edibdir. Bu kitabın bütün cildlərində Azərbaycan türklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, Şəms Təbrizi, Qövsi Təbrizi, Arif Ərdəbili və digər onlarla dühalar fars-tacik şairi kimi qeyd olunublar.
Mədəni, ədəbi, tarixi irsimizdə fəxr edə biləcəyimiz, qürur mənbəyi olan dahilərimizin zaman-zaman etnik mənşəyinə qaranlıq kölgə salmaq siyasəti aparılıb. Burada əsas məqsəd Azərbaycan Türkünün dünyaya böyük şəxsiyyətlər yetirmək bacarığının olmaması, bu millətin mədəni dəyərlərinin fars, ərəb, kürd və digər topluluqların hesabına inkişaf etməsi kimi alçaldıcı uydurma tarixlər yazılmaqdadır. Bu sırada özünü klassik ədəbiyyatın, fars şeirinin dahi bilicisi kimi gözə soxmaqdan çəkinməyən Rəfael Hüseynovun belə əməlləri heç də yeni deyil. Ötən yüzilin 80-ci illərində dövlət radiosunda onun müəllifi olduğu “Axşam görüşləri” adlı və həftədə bir saatlıq proqramı yayınlanırdı. Bu proqramda daim Qarabağ muğam məktəbinin ifaçılığı və Şiravan iafaçılığı qarşı-qarşıya qoyulurdu. Guya Şirvan ifaçılıq sənəti ən üstün məktəb hesab olunurdu. Halbuki, Azərbaycan muğam ifaçılığı, eləcə də aşıq sənəti tarixində Şirvan məkətbi adlanan sahədə bircə nəfər də olsa Mirzə Səttar, Hacı Hüsü, Əbülhəsən xan Azər İqbal, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşalı, Cabbar Qaryağdıoğlu və s.-lər kimi azman sənətkarlar olmayıb. Aşıq sənətində Tufarqanlı Abbas, Aşıq Ələsgər, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Ədalət və s. səviyyəsində R, Hüseynovun süni şəkildə şişirtdiyi bircə nəfər də olsa Şiravan ifaçılıq məktəbi kimi tanıdılan sahənin ustadı olmayıb. Keçmiş Sovetlər Birliyi dönəmində süni şəkildə Şirvan-Qarabağ qarşıdurmasını həmin proqramlarda gündəmə gətirməklə əslində R. Hüseynov milli bütünləşməyə hələ o zamanlar sarsıdıcı zərbələr vurmaqla məşğul idi. Səs tembiri, ifaçılıq məharəti böyük səhnələr üçün yaramayan öz həmyerlisi olan muğam bilicilərini süni şəkildə qabartamaqla R. Hüseynovun əsil məqsədinin nədən ibarət olması bu günlər bir daha ortaya çıxıbdır. Dahi Nizami Gəncəvini “kürd şairi” elan etmək. Rəfael Hüseynov o qədər savadsızdır ki, bütün dünyanın etiraf etdiyi kimi Nizami Gəncəvinin türk şairi olmasına qarşı çıxaraq, Bakıda türk düşmənçliyi aparan ermənilərin və farsların dəyirmanına su tökübdür.
Keçmiş SSRİ dönəmində Qafqazda türkün tarixi, mədəni izlərinin inkarı siyasəti aparılırdı. Bu sırada Azərbaycan Elmlər Akademiyasında hətta xüsusi kadrlar yerləşdirilmişdi. Türkün qəhrəmanlıq və mifik təfəkkür tərzinin dərin qatlarını özündə birləşdirən Koroğlu eposunda onun Qurdoğlu olmasını, Boz Qurd soyunu təmsil etməsi qırmızı Moskvanın təhrikilə Azərbaycandakı səbatsız və sapqın alimlərimiz tərəfindən “kürdoğlu” kimi qələmə alınmışdı. Hətta Dədə Qorqud eposu “xalq düşməni” elan edilmişdi. Milli düşüncənin Hind-Avropa nəzəriyyəsinin qılafına bürünməsi strateji hədəfə çevrilmişdi. Min dəfələrlə təəssüflər olsun ki, türkü inkar siyasəti hələ də elm aləmində davam edir. Özlərini hər addımda vətənpərvər sayan alimlər isə susurlar. Onlar qorxaqlıq göstərərək susmaqla elmdə olduğu kimi həyatda da saxtakar olduqlarını bir daha təsdiq edirlər.
İndi qayıdaq böyük Türk şairi, fikir adamı Nizami Gəncəvinin etnik kimliyi və milli düşüncə tərzinə. Bu yöndə Azərbaycan ədəbiyyatşünaslığında saxta ehkamlar hələ də qorunub saxlanılmaqdadır. Guya heç bir elm adamı SSRİ-nin ağır basqıları və şərtləri daxilində səhvlərə yol verməyib. N. Gəncəvi fars dilində yazmış olsa da, onun bütün əsərləri türk təfəkküründədir. Belə ki, epos janrı ədəbiyyat tarixində farslarda heç zaman olmayıb. N. Gəncəvi isə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi epik janrların bütün Şərq aləmində əsasını qoyubdur. Onun klassik fars dilində yazdığı bütün əsərləri hələ də dəqiq tərcümə olunmayıbdır. Çünki, Azərbaycan ədəbiyyatşünaslığında çoxlu sayda saxta elmlər doktorları dərhal biabır ola bilərlər. N. Gəncəvinin yaratmış olduğu möhtəşəm eposları çevirmək üçün ilk öncə klassik fars dilini, eyni zamanda türk düşüncə tərzini bilmək lazımdır. Bu iki dual anlayışdan bilgisi və xəbəri olmayanlar heç zaman bu nəhəng fikir adamının eposlarını anlamazlar. Orta yüzilliklərdə fars dili tədricən saraylarla yanaşı, həm də elm, tədris, ədəbiyyat, şeir yaradıcılığına da yol tapmışdı. Bu tarixi keçmişin izləri mövzumuza aid olmadığı üçün, ondan vaz keçirik. Orta çağ dövründə islam dininin inkişafı sayəsində müsəlmanlığı qəbul edən bütün xalqlar faktiki olaraq, ərəb əlifbasına keçiblər. Farslar isə ərəb əlifbasında bir sıra dəyişikliklər edərək onu özlərinin danışıq, qrammatik üslubuna çevirdilər. Ərəb əlifbasının fonetikasına əsasən dildə “g”, “p”, “ç”, “j” samitləri olmayıb. Farslar isə bu üç samit hərfdən “p, ç, j” səslərini artırsalar da, “g” samitini yaxın yüzlidə işlətməyə başlayıblar. Yəni “kafi-əcəm” adlanan “k” hərfini k kimi yazsaydılar, özlərinin dil və fonoteik qanunauyğunluğuna görə “g” kimi tələffüz edirdilər. Nizami, Xaqani, Mövləvi və digər türk kökənli şair və yazarların əsərlərində, eləcə də dövlət sənədlərində, salnamələrdə də bu hadisə gözə dəyir. Biz əski ənənəyə görə “g” səsinin yerinə “k” hərfi gələn kəlmələrdən bir neçəsini Osmanlı imperiyasının tarixindən örnək olaraq göstərə bilərik. “Tarixi Ğəzəvat – i Osman Paşa Özdəmirzadə” əsərinə nəzər salaq. Burada bir neçə söz k hərfi ilə yazılsa da, ancaq, onlar g kimi oxunmalıdır, yoxsa kəlmələrin mənası tamamilə dəyişməyə uğrayar.
Dəstkah (دستکاه): bu kəlməni yazıldığı kimi - dəst (əl) və kah (saman) kimi oxuna bilər, amma doğrusu dəstgah//dəsgah (dəzgah) olmalıdır;
Ənkoştər-i (انکشتری): üzük mənasında olan "əngoştər//ənqoştər" "ənkoştər" kimi oxunduqda mənasız kəlmə olur;
Pələnk (پلنک): pələng(پلنگ), Xədənk(خدنک)(mənasız!) : xədəng (خدنگ)(ox);
Nekarənde (نکارنده): bu kəlmə həm Nəkarənde (əkməyən), həm də nekarəndə (mənasız) kimi oxuna bilər, amma bu kəlmə həmən "negarənde(نگارنده)//neqarənde"dir və mənası "yazan" deməkdir. Bütün bun faktlarda göründüyü kimi, yəni qord//gord (گرد ) (qəhrəman, igid) sözü "g" səsi tərkibində olan başqa kəlmələr kimi k (کرد) şəklində yazılırdı. Elə buradan da Nizamidə yazılmış forması (kord) (کرد) olan kəlmənin oxunacağı şəkli qord (گرد) olmalıdır. Ancaq, bir çox ədəbiyyatçı və şairlər onu yazıldığı kimi kord (kürd) şəklində tələffüz edərək mənasının dəyişilməsini nəzərə almadan tərcümə ediblər. Belə bir hadisələrdə hər şeydən öncə Nizaminin əsərində qeyd olunan kəlmələrdə məna vəhdəti və sözlərin mətndaxili mənaları nəzərə alınmalıdır. Yoxsa fonetik tərkibli kəlmələri (omoqrafları) bu prinsip əsasında təhlil etsək, doğrusu avamlığa yol vermiş oluruq. Nizaminin "Leyli və Məcnun" əsərində bu misralara bir baxaq:
گر مادر من رئیسه کرد[گرد]
مادر صفتانه پیش من مرد
İndi bu şeirin mənasını Azərbaycandakı bədii tərcüməsindən (Kürd qızı anam da bizi tərk etdi, Bir ana qəlbiylə dünyadan getdi ) fərqli olaraq daha elmi tərcüməsini veririk:
Mənim qord və ya kürd rəisəsi olan anam, bir (təbii və həqiqi) ana kimi mənim yanımda öldü.
Burada bir neçə sual yaranır:
1. Bu kəlmə "kord" yazıldığında kürd kimi oxunsa, bəs onda Nizami sonradan dediyi "Mənim yanımda bir (təbii və həqiqi) ana kimi öldü" ifadəsindən nəyi başa düşmək olar? Yəni bir kürd ana Nizaminin yanında bir ana kimi ölə bilməzdimi? Burada bir məsələ ortaya çıxır, Nizami kord (kürd) yox, qədim yazı ənənəsinə görə gord və ya qord (yəni igid, cəsur və qəhrəman) kimi bu kəlməni nəzərdə tutmuşdur və buradan da misranın mənası qabaqkından daha uyğun gəlir: “Mənim anamın elin bir qəhrəman və cəsarətli qadın rəisə (elin, tayfanın rəsi kimi olan) olmasına baxmayaraq, mənim yanımda doğma və təbii bir ana kimi öldü”. Bu, öncə verdiyimiz mənadan daha həqiqətə yaxındır. Çünki bir rəisə qadın elin, tayfanın və mənsub olduğu xalqın idarəetmə işlərilə məşğul olduğu üçün öz uşağına lazımi xidmət edə bilməməsi mövzusu təbii bir məsələdir. Ona görə də Nizami xatırladır ki, mənim anam bir igid, cəsarətli qadın kimi rəis(başçı) vəzifəsində və məqamında olmasına baxmayaraq bir ana kimi öz analıq vəzifəsini yerinə yetirə bilmişdir və Nizami də bu üzdən deyir:
Elin igid rəisəsi olmasına baxmayaraq,
Yanımda bir ana kimi öldü (can verdi).
Bu məsələni belə yozmaq misrada mövcud kəlmələrin məna vəhdəti ilə daha uyğun gəlir. Nizami başqa yerdə belə deyir:
پدر بر پدر مر مرا ترک بود که
هر یک به فرزانگی گرگ بود.
(Mənim neçə atam (yeddi arxam) türk idi,
Bilikdə, ağılda hər biri qurd kimi idi.
(Nizaminin də əlyazma əsərlərində qorq (qurd)[گرگ] kord kimi yazılmışdır. Amma burada daha heç kim "kord" deyə bilməz, çünki kürdlə qurdun heç bir uyğunluğu yoxdur və qurd sözü ilə türk sözünün uyğunluğu danılmaz bir gerçəkdir). Burada Nizami türkün Bozqurd əfsanəsindən asılı olaraq yaranan və xalq içrə birinin bilikli olduğunu "qurd kimi çox bilir" ifadəsi ilə çatdırmaq istəmişdir. Bir tərəfdən də Nizami həmən "Leyli və Məcnun" eposunda bir sadəlövh kürdə aid təmsilində bu misraları qeyd edibdir:
کردی خرکی به کعبه گم کرد
در کعبه دوید واشتلم کرد
کاین بادیه را رهی درازست
گم گشتن خر زمن چه رازست
این گفت و چو گفت باز پس دید
خر دید و چو دید خر بخندید
گفتا خرم از میانه گم بود
وایافتنش به اشتلم بود
گر اشتلمی نمیزد آن کرد
خر میشد و بار نیز میبرد
"Bir kürd Kəbədə eşşəyini itirdi,
Kəbədə (o yan bu yana) qaçıb hay-haray saldı:
Bu çöldə mənim uzun yolum var,
Mənim eşşəyimin itməsində nə sirr var?
Belə (çığıraraq) dedi və sonra yenidən (eşşəyi) gördü,
Eşşəyi gördü və (eşşəyi) görcək güldü:
Eşşəyim aradan yox olmuşdu ha,
Əgər çığırmasa idim, tapılmazdı.
O kürd çığırmasa (hay-küy) idi,
Eşşək olub yük də aparacaqdı" .
Anasını kürd adlandıran Nizamiyə sadəlövh kürdün belə xoşa gəlməz vəziyyətdə hekayəsini anlatmaq nəyinə gərəkmiş? Biz belə məsələlərdə sadə dillə və ağız ədəbiyyatımızda dayanıqlı olan etimoloji qaynaqlara nəzər saldıqda bütün bunların təsdiqini tapmış oluruq. Bunları deməkdən məqsədimiz odur ki, Nizaminin anasının kürd olması onun özünün türk olduğunu heç də aradan qaldırmaz. Ancaq kim bilir ki, sonralar ermənilərtək PKK yandaşları da heç bir zaman kürdlərə aid olmayan Novruz Bayramından siyasi məqsədlərinə uyğun şəkildə bir alət olaraq istifadə etdikləri kimi bu məsələni əldə bəhanə edərək gələcəkdə Nizaminin anasının kürdülüyü məsələsindən, Gəncənin kürdlərə aid olduğu iddiasını qaldırmazlar? Biz bu məsələnin elmi əhəmiyyəti ilə yanaşı onun siyasi cəhətinə görə də toxunuruq ki, Azərbaycan Respublikasının gələcəkdə yenə erməni kimi üzdən iraq şıltaq etniklərin əlində bahana olaraq torpaq yarası ("Nizami kürd millətinindir" - deyə "Gəncədən bizim ana irsimizi verin") kimi yeni bir iddianın çıxmasına yol verilməsin.
Ənvər BÖRÜSOY
17:02
Digər xəbərlər