Çexiya hökumətinin formalaşdırılması Babişə tapşırılıb

 

Çex Respublikasının prezidenti Miloş Zeman Nazirlər Kabinetinin formalaşdırılmasını ANO partiyasının sədri, parlament seçkilərində qalib gəlmiş Andrey Babişə etibar edib.

Prezident ölkənin gələcək Baş naziri olması ehtimal edilən Babişlə şəhərətrafı iqamətgahda görüşüb. Andrey Babiş parlamentdə azlıq təşkil edən partiyalardan ibarət hökumət kabinetini noyabrın 20-dək tam formalaşdırmaq niyyətindədir, çünki parlamentdə təmsil olunmuş digər partiyalar koalisiyalı Nazirlər Kabineti çərçivəsində əməkdaşlıqdan imtina ediblər.

Yeni Nazirlər Kabineti yalnız hazırda fəaliyyətdə olan hökumətin istefasından sonra təyin edilə bilər. Bundan əvvəl yeni çağırış Parlament Palatasının iclası və spiker seçkisi keçirilməlidir.

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:28