Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) beynəlxalq müsabiqələr laureatı, akademiyanın müəllimi Fəqan Həsənlinin solo konserti olub. Konsertdə dünya şöhrətli bəstəkarlar F.Şopen, F.Şuman, A.Skryabin və M.Ravelin əsərlərinə müraciət edilib.

Konsertdə təqdim edilən bir-birindən mükəmməl ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. F.Həsənli Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solisti olmaqla yanaşı, Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, konsertmeyster kimi də çalışır. Son illərdə musiqi sahəsindəki aktiv fəaliyyətinə görə o, Təhsil, Gənclər və İdman nazirliklərinin və digər qurumların fəxri fərmanları ilə təltif edilib. Bir çox beynəlxalq festivalların iştirakçısı olan F.Həsənli, solo konsert fəaliyyətini də davam etdirir.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:26