Qalmaqallı sənəd: Nümayəndəlik institutunun ləğvi nə vəd edir?
Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək.
Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Deputatların fikir ayrılığı ilə müşahidə edilən müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib. Dəyişiklik layihəsi dekabrın 1-də qüvvəyə minəcək.
Vəkil Əsabəli Mustafayev bildirib ki, bu qərar insanlara hüquqi xidmət göstərilməsinə ciddi məhdudiyyətlər yaradacaq: “İndiyə qədər birinci və apellyasiya instansiyasında baxılan mülki işlərin böyük əksəriyyətini nümayəndələr həyata keçirirdi. Çünki vəkillərin sayı həddən artıq azdır. Bölgələrdə isə bir çox məqamlarda ümumiyyətlə, vəkil yoxdur. Hesab edirəm ki, bu problemin regionlarda necə həll olunacağını fikirləşmədən qərarı qəbul ediblər. Əgər məhkəmələrdə ancaq vəkillərin iştirak etməsinə ehtiyac var idisə, birinci növbədə vəkillərin sayını kəskin artırmaq lazım idi, ən aşağısı 3-4 dəfə. Deyə bilərlər ki, qarşıda vəkillərin imtahanı gözlənilir və bu, vəkillərin sayını artırmağa imkan verəcək. Tutaq ki, 1000 nəfər imtahandan keçmək üçün ərizə verib. Həmin vəkillərin imtahan verməsi, müsabiqədən keçməsi, 6 ayda kursu bitirməsi və yenidən and içməsi üçün ən azı 1 il 6 ay vaxt lazımdır. Hətta 1000 nəfər vəkilin hamısı qəbul olunsa, yenə də insanlara vaxtında keyfiyyətli hüquqi xidmət göstərməyə kifayət etməyəcək”.
Vəkil hesab edir ki, Milli Məclisdə qəbul olunan qərar tələsik verilib: “Xüsusilə, nəzərə almaq lazımdır ki, vəkillikdə lazım olan 3 illik stajı toplamaq üçün iş yerləri yoxdur. Heç olmasa hüquqşünaslar gedib orada işləyib lazım olan stajı toplasınlar. Bugünkü qərara qədər hüquqşünaslar banklarda, kommersiya strukturlarında, eləcə də dövlət orqanlarında işə götürülürdü. Maraqlıdır ki, bundan sonra həmin hüquqşünasların aqibəti necə olacaq? Çünki həmin müəssisələrə o hüquqşünasların saxlanması sərf etməyəcək. Çünki onlar məhkəmələrə çıxa bilməyəcək”.
Əsabəli Mustafayev onu da qeyd edib ki, qərardan QHT sektorunun da fəaliyyətində məhdudiyyətlər yaranacaq: “Əvvəllər QHT-lər layihələr həyata keçirərək insanlara pulsuz hüquqi yardım göstərir, onları məişət zorakılığı, insan alveri ilə bağlı məhkəmələrdə təmsil edirdi. Yeni qaydalara əsasən artıq QHT-lər də bu funksiyanı həyata keçirə bilməyəcək. Bu layihələrin də sonu sual altındadır. Güman edirəm ki, bu, çox tələsik verilmiş qərardır”.

Yeganə Oqtayqızı
10:47
Digər xəbərlər