Ərdəbil cəzaevində milli fəal Mehdi Dustdara işgəncələr verilir
Oktyabrın 26-da İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Dustdar Ərdəbil şəhərinin Polis İdarəsinin cəzaevinə salınaraq, ona burada dəhşətli işgəncələr verilibdir.
Milli fəala yetərincə içməli su və yemək verilmir. Eyni zamanda onun saxlandığı şərait də çox ağırdır. Mehdi Dustdarın müvəqqəti sərbəst buraxılması üçün mollakratiya rejiminin məhkəməsinin qərarı ilə 20 milyon tümənlik mülki vəsiqə ödəməsi qərarı çıxarılıb. Rejimin xüsusi cəza dəstələrinin komandanlığı isə ondan yalan etiraflar almaq üçün fəalı təzyiq altında saxlayır. Onlar fəala bildiriblər ki, yalnız müəyyən işləri etiraf etdikdən sonra sərbəst buraxıla bilər.
Mehdi Dustdar isə mülki vəsiqə qərarı və məmurların tələbini yerinə yetirməkdən imtina edərək müvəqqəti sərbəst buraxılması üçün yalnız kimlik kartını (şəxsiyyət vəsiqəsi) girov qoya biləcəyini söyləyib.
Onu da qeyd edək ki, son günlərdə Ərdəbil şəhərində divarlar üzərinə çoxlu milli şüarlar yazılıb. Güney Azərbaycan Milli Hərəkatının gənclik qolu tərəfindən yazılan bu şüarlar rejimin təhlükəsizlik qüvvələrini hərəkətə gətirib. Elə olaylardan yararlanaraq, Mehdi Dustdar yaxalanaraq Polis İdarəsinin təcridxanasına aparılıb. Mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının yeni tərəfdarlarını qorxu və təhdid altında yaşamağa məcbur etmək kimi hədəfləri rəsmiləşdirməyə başlayıbdır. Məhz tutuqlu milli fəallara cəzaevlərində işgəncələr verməklə hamını qorxu içində yaşamağa məcbur edir.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”
10:47
Digər xəbərlər