Suriyada vətəndaş müharibəsinin qismən səngiməsi bu ölkədən olan qaçqınların geri dönməsi ilə müşahidə olunur.Xüsusilə də son bir ildə Suriyanın əksər ərazilərinin İŞİD, PYD və “Ən-Nüsrə” Cəbhəsi kimi terror təşkilatlarından təmizlənməsi qaçqın şəhərciyində məskunlaşmış yüz minlərlə insanın öz vətəninə qayıtmasına imkan yaradıb. Türkiyə silahlı qüvvələrinin 2016-cı ilin avqust ayından etibarən Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində 2500 kvadrat kilometrə yaxın ərazi terrorçu qruplardan azad edilib.
Cerablus, Karkamış, Mare, Dabık, Əl-Bab şəhərləri terror qruplaşmalarından təmizlənib. Artıq həmin bölgələrdə həyat bərpa edilib.Eyni vəziyyət Suriya hökumət qüvvələrinin nəzarətinə keçmiş Hələbdə də müşahidə olunur.Beş ildən artıqdır davam edən vətəndaş müharibəsi nəticəsində dünyanın müxtəlif ölkələrinə səpələnmiş suriyalılar artıq vətənə qayıtmağa başlayıb.Döyüşlər zamanı Suriyanın şəhər, qəsəbə və kəndlərinin əksəriyyətində yaşayış infrastrukturu tamamilə dağıdılıb.Buna baxmayaraq, Suriya vətəndaşları üçün qaçqınlıq həyatı dözülməz həddə çatdığından onlar geri dönməyə üstünlük verir. Türkiyə Dövlət Statistika Xidmətinin məlumatına görə, hər il orta hesabla 2000 nəfər suriyalı mühacir Avropaya keçmək istərkən Qara dənizdə və Aralıq dənizində qəzaya uğrayaraq həyatını itirir. Son dövrlər Bəsər Əsəd rejiminin hərbi əməliyyatlarda qalib gələrək Suriyanın 80 faizə yaxın ərazisində hakimiyyətini yenidən bərqərar etməsi qaçqınların həmin bölgələrə dönməsinə səbəb olub. 2017-ci il avqustun 1-nə olan məlumata görə, 750 min nəfər suriyalı miqrant öz vətəninə qayıdıb. Rusiyanın “Döyüşən Tərəflər Arasında Barışıq Mərkəzi”nin verdiyi məlumatda isə qeyd edilir ki, ötən həftə 800 nəfər qaçqın Suriyaya dönüb.Türkiyədə və Avropa ölkələrində miqrantların sayının azalması terror təhlükəsinin azalmasına şərait yarada bilər.Ancaq Suriya böhranı hələ aradan qalxmadığına görə suriyalı miqrantları qəbul etmiş ölkələrin terrorizmdən sığortalandığını demək çətindir.
Politoloq Elşən Manafovun sözlərinə görə, Avropa Birliyinin terror təhlükəsindən xilas olması üçün bu problemə qarşı mübarizədə səylərini artırmalıdır: “Suriyada terrorizmə qarşı mübarizədə Avropa Birliyinin və ABŞ-ın Rusiya qədər ciddi səy göstərdiyi müşahidə olunmur. Avropa ölkələrinin kütləvi miqrant axınına məruz qalması da Suriya münaqişəsinə ikili standartlardan yanaşması ilə bağlı oldu.Fikrimcə, yaxın gələcəkdə Avropa Birliyi mühacir probleminin öhdəsindən gələ bilməyəcək.Hərçənd ki, Avropa Birliyi ilə müqayisədə Türkiyə daha ciddi problemlərlə üz-üzə qalıb.Avropa Birliyi Ərdoğan iqtidarını inandırdı ki, Türkiyə öz qapılarını suriyalı qaçqınlara açacağı təqdirdə, 6 milyard avro maddi yardım verəcək.Bu da Türkiyənin daha ciddi miqrant axınına məruz qalması anlamında qəbul edilməlidir.Digər tərəfdən, İŞİD və beynəlxalq terrorizmin Yaxın və Orta Şərqdə yaratdığı təhlükələr hələ qalmaqdadır.Sadəcə olaraq, Rusiyanın, Türkiyənin, İranın və müəyyən qədər də Əsəd rejiminin səyləri ilə İŞİD və PKK-nın yaratdığı təhlükələr aradan qaldırılıb.Amma Bəşər Əsəd ölkənin bütün ərazisinə nəzarəti həyata keçirə bilmir.Suriyanın bütün ərazisində təhlükəsizlik və sabitlik dayanıqlı deyil.Son dövrlər suriyalı miqrantların müəyyən hissəsinin geri qayıtması həm burada yaxın gələcəkdə terrorizm probleminin doğurduğu reallıqların aradan qalxacağına olan ümidlərdən irəli gəlir. İkincisi, bu proses Rusiyanın Suriyada yaratmış olduğu siyasi vəziyyətlə əlaqədardır. Üçüncüsü, Avropa Birliyində miqrantlar üçün dözülməz şəraitin yaranması onları geri qayıtmağa vadar edib.Avropa Birliyi miqrantlara daha təhlükəsiz və rifah həyatı vəd etsə də onlar başqa problemlərlə üzləşdilər.Eyni zamanda, miqrantlar özləri Avropa üçün ciddi problemlər yaratdılar.Bu Avropa Birliyi ölkələrində terrorizm təhlükəsinin yaranmas ilə bağlı idi.Suriyalı qaçqınlar Avropa Birliyi dövlətlərinin miqrasiya qanunvericiliyinə əməl etmədilər.Xüsusilə də qadınların zorakılığa məruz qalması Avropa Birliyində miqrantlarla bağlı birmənalı olmayan təəssüratlar doğurdu.Yaxın gələcəkdə bu problemin tam mənada öz həllini tapacağını düşünmürəm.Terrorizm probleminin aradan qaldırılması üçün beynəlxalq birlik bütün gücünü səfərbər etməlidir.Beynəlxalq hüququn normalarına uyğun olaraq dünya ölkələri bu məsələdə ikili standartlardan imtina edib bütün maliyyə, kəşfiyyat, hərbi gücü ilə bir-birinə dəstək olmalıdır.Lakin Qərb Türkiyə kimi strateji müttəfiqinə ikili standart tətbiq edir.Yaxın və Orta Şərqin problemləri həmin xalqların öz üzərinə qoyulduqca, dərinləşməkdə davam edəcək”.
Qeyd edək ki, Suriya ərazisinə qayıdan miqrantlar əsasən öz istəyi ilə evlərinə dönən qaçqınlardır.Bu prosesin davamlı hal alması Türkiyədə və Avropa ölkələrindəki digər suriyalı qaçqınların məcburi qaytarılmasına yol aça bilər.Elşən Manafov hesab edir ki, Avropa Birliyi miqrantların geri qayıtmasında maraqlıdır. Ona görə də AB qanunvericiliyinin imkanları çərçivəsində miqrantlara təzyiqləri artıracaq: “Elektorat miqrant axınından çox narahatdır. Bu mənada, Almaniyadakı seçkilərdə Angela Merkelin qələbə çalması sanki xoşbəxtlik oldu.Yəni müxalifətdə olan sosial-demokratların xeyrinə işləyən əsas amillərdən biri Merkelin miqrasiya siyasətinə həddindən artıq liberal yanaşması oldu.Ona görə də düşünürəm ki, Avropa Birliyi dövlətləri miqrasiya siyasətini sərtləşdirəcək”.
Qaçqınlar geri dönür: Terrora son qoyulacaqmı?

Müşfiq Abdulla
Cebhe.info
10:46
Digər xəbərlər