Benzin bahalaşdı: əhali küçələrə çıxdı

On minlərlə insan yanacağının qiymətinin artmasına etiraz edib

Yeni ilin ilk günlərində on minlərlə meksikalı küçələrə çıxıb. Onlar yanacağın qiymətinin artmasına etiraz edirlər. Aksiyalar paytaxt Mexiko ilə yanaşı Siutanxe, Akapulko şəhərlərində də olub. Aksiyalar dinc xarakter daşıyıb. Polislə etirazçılar arasında toqquşmaların olması haqqında məlumat yoxdur. Hökümətin qərarına əsasən yanvarın 1-dən benzin və dizel yanacağının qiyməti təqribən 20% artıb. Belə ki, ölkədə "Magna" markalı benzinin qiyməti 0,67 dollardan 0,77 dollaradək, "Premium" benzin isə 70 sentdən 86 sentə yüksəlib. Dizel yanacağının qiyməti isə 0.7 dollardan 0.82 dollara kimi qalxıb.
Meksika işgüzar dairələrinin nümayəndələri yanacaq qiymətlərinin artırılması ilə bağlı narahat olduqlarını bildirirlər. Onların fikrincə, belə bir addım bir çox ailənin rifahına mənfi təsir göstərəcək. Yanacağın qiymətinin artması milli valyutanın dollara nisbətdə qiymətdən düşməsi fonunda baş verib. 2016-cu ildə devalvasiya nəticəsində Meksikanaın milli valyutası olan peso təxminən 20%  ucuzlaşıb.

Cebhe.info

14:34