"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"ndən Rauf Arifoğluya dəstək

Hörmətli Rauf bəy!

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti" və Avropada nəşr olunan yeganə “Xudafərin” jurnalının yaradıcı heyəti adından Sizə və rəhbrəlik etdiyiniz qəzetin jurnalist kollektivinə səmimi salamlarımızı çatdırırıq.

Sizin ictimai fəaliyyətinizi çoxdan izləyən, eləcə də jurnalistika sahəsində məhsuldar fəaliyyətinizi yüksək qiymətləndirən həmkarınız kimi Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyinizi irəli sürməyiniz barədə aldığımız xəbər bizi və qürbətdə olan soydaşlarımızı çox sevindirdi. Sizin kimi xalqını sevən bir qələm əhlinin, Vətəninə yaşının bütün çağlarında töhfə verməkdən yorlumaq bilməyən bir ziyalının Azərbaycanın milli maraqları, dövlətçiliyi və xalqımızın rifahı naminə daha bir məsuliyyəti çiyinlərinizə götürməyiniz bizi riqqətə gətirdi.

Nəzərinizə çatıdırıq ki, "Avropada Azərbaycanın Dostları Cəmiyyəti" və Avropada nəşr olunan yeganə “Xudafərin” jurnalı Sizin bu seçkilərdə dəstəkləyir və uğurlar arzu edir.

 

Dərin hörmətlə,

Elman Mustafazadə,

"Avropada Azərbaycanın

Dostları Cəmiyyəti"nin sədri,

“Xudaferin” jurnalının və

www.xudaferin.eu saytının

təsisçisi və baş redaktoru

22:28